İnsanlara hürriyət, millətlərə istiqlal!

65 və daha yuxarı yaşlı şəxslərə XƏBƏRDARLIQ - "Bunu mütləq edin!"

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) mütəxəssisləri yaz mövsümündə 65 yaş və daha yuxarı insanların COVID-19-a qarşı revaksinasiya edilməsini tövsiyə ediblər.

Bu barədə "Phys.org" saytı məlumat yayıb.

Səhiyyə sistemi fövqəladə halın sona çatmasına baxmayaraq, koronavirus infeksiyası ilə əlaqəli risklərin qaldığını və bəzi insan qruplarında, məsələn, yaşlılarda, yetkinlərdə digərlərinə nisbətən infeksiyanın ağır hal almasının daha yüksək olduğunu bildirib. Mütəxəssislər deyirlər ki, peyvənd ağır COVID-19 ilə xəstəxanaya yerləşdirilmə ehtimalını 54 faiz azaldır.

2024-cü ilin yanvar ayında bütün yaşlar üçün COVID-19-dan orta ölüm nisbəti hər 100 000 nəfərə 3-dən bir qədər az olub. Ancaq 65-74 yaş arası insanlar üçün bu nisbət daha yüksək olub, hər 100 000-də təxminən beş nəfər. 75 və daha yuxarı yaşlı insanlar arasında isə bu nisbət 100 000-ə demək olar ki, 30-a yüksəlib.

Pandemiyadan dörd il keçməsinə baxmayaraq, 65 və daha yuxarı yaşda olan insanların COVID-19 səbəbilə əhalinin qalan hissəsinə nisbətən iki dəfə daha artıq risk altında olduğu vurğulanıb.

Məlum olub ki, hətta yüngül və orta dərəcəli COVID-19 infeksiyası 7 illik beyin yaşlanmasına bənzər dəyişikliklərlə idrak funksiyasına mənfi təsir göstərə bilər. İmmun çatışmazlığı insanları daha yüksək infeksiya və ağır infeksiya riski altında qoyur.//Sfera.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR