İnsanlara hürriyət, millətlərə istiqlal!

61 yaşlı qadını intim görüntüləri ilə şantaj edib pul aldı

Gəncədə şantaj edildiyini bildirən 61 yaşlı qadın polisə müraciət edib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 13-də ərizə ilə polisə müraciət edən Sünbül Qəmbərova (şərti) Vüsal adlı şəxsin onu hədələdiyini bildirib.

Şikayətçi qeyd edib ki, həmin şəxs onu mart ayının 7-dən etibarən şantaj edir. Kişinin ondan intim görüntülərini yayacağı hədə-qorxusu ilə 2350 manat pul aldığını bildirən qadın polisin məsələyə müdaxilə etməsini xahiş edib.

Müraciətlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR