Onlayn ictimai-siyasi qəzet
İstanbulda evlərinə dönən 2 gəncə Əfqanıstan vətəndaşı olduğu müəyyən edilən 6 nəfər hücum edib.
Musavat.com xəbər verir ki, gənclərdən biri bıçaqla qarnından, digəri isə kəmərlə gözündən xəsarət alıb.
Hadisə anı mobil telefonun kamerasına saniyə-saniyə əks olunub.
Yaralanan şəxslərdən birinin 15, digərinin isə 19 yaşı var. Hadisədən sonra yaralı iki gənc təcili yardım ilə Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Polis hücum edən şəxslərdən 4-nü yaxalasa da, 2-ni tutmaq üçün işləri davam etdirir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ