İnsanlara hürriyət, millətlərə istiqlal!

500-dən yuxarı bal toplayanlar nə üçün qəbul olmadılar - NARAZILIQ

“Kurikulum sistemi ilə qəbul növbəti illərdə balların daha da artmasına səbəb olur” - Elçin Əfəndi

Cari ildə abituriyentlərin ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbulolma faizi açıqlanıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, bu il I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib:

"IV ixtisas qrupu üçün bu hal təbiidir. Çünki abituriyent tibb ixtisası üzrə yalnız bir yer yazdığı üçün ali məktəbə daxil ola bilmir. Amma bu il üçün Tibb Universitetində yeni açılan ixtisaslar da var ki, onların keçid balı aşağıdır. Əgər həmin şəxslər bu ixtisasları seçsəydilər, kənarda qalmazdılar".

Ümumilikdə, I ixtisas qrupu üzrə 570-dən yuxarı bal toplayan rus bölməsi üzrə 1 abituriyent, 530-dan çox bal toplayan Azərbaycan bölməsi üzrə 3 abituriyent ali məktəblərə qəbul ola bilməyib. Ümumilikdə I qrup üzrə 500-dən çox bal toplayan 4, 400-dən çox bal toplayan 12, 300-dən çox bal toplayan 36 abituriyent tələbə adını birinci turda qazana bilməyib. II ixtisas qrupu üzrə 320-dən çox bal toplayan 1 abituriyent, ümumilikdə 200-dən çox bal toplayan 31 abituriyent qəbul ola bilməyib. III ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayan 2 abituriyent, 400-dən çox bal toplayan 3 abituriyent tələbə adından hələlik məhrum olub. III ixtisas qrupu üzrə 300-dən çox bal toplayan 50 abituriyent birinci turda qəbul ola bilməyib. IV ixtisas qrupu üzrə 560-dan çox bal toplayan 2 abituriyent, 500-dən çox bal toplayan 20 abituriyent, 400-dən çox bal toplayan 33 abituriyent, 300-dən çox bal toplayan 49 abituriyent tələbə adını qazana bilməyib.

Ali məktəbə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyent nəticələr açıqlanan zaman şok yaşayıb. Dövlət İmtahan Mərkəzinin sistemində nəticələrini öyrənmək istəyərkən ona ‘’Siz ixtisas seçimində iştirak etməmisiniz’’ bildirişi gəlib. O, bu səbəbdən seçimin birinci turunda ali məktəbə qəbul olmaq şansını itirib. Hadisə Xırdalan şəhərində yaşayan abituriyent Nihat İsgəndərlinin başına gəlib. Nihatın atası Mərahim İsgəndərov Xezer.tv-yə deyib ki, onlar ixtisas seçimlərini təsdiq ediblər. Təsdiqlə bağlı DİM-in sistemindən müvafiq sənədi də çap edərək saxlayıblar.

Valideyn deyib ki, övladı birinci ixtisas qrupu üzrə imtahanda 180 bal toplayıb. O, birinci turda övladının ali məktəbə qəbul olma şansının böyük olduğunu düşünür. Ancaq indi bu imkan onların əlindən çıxdığı üçün valideyn övladının ixtisas seçiminin hansı şəraitdə və kim tərəfindən ləğv edilməsi məsələsinin aydınlaşmasını istəyir.

Dövlət İmtahan Mərkəzində TOEFL IBT imtahanı keçirilib - AZƏRTAC

Dövlət İmtahan Mərkəzindən iddialara cavab olaraq bildirilib ki, abituriyentlərin yalnız  özləri və ya onların istifadəçi adı, parolu, məxfi kodunu bilən şəxslər elektron ixtisas seçimi ərizələrinə daxil olub onu ləğv etmək imkanlarına malikdirlər. DİM-dən tövsiyə edilib ki, bu kimi risklərlə qarşılaşmamaq üçün abituriyentlər şəxsi kabineti özləri açmalı və orada özlərinə məxsus telefon nömrəsini qeyd etməlidirlər.

Maraqlıdır, 500-dən yuxarı bal toplayanlar niyə tələbə adı qazana bilmədi və sistemdəki qüsurlara səbəb nə?

Qeyd edək ki,  I ixtisas qrupu üzrə 570-dən yuxarı bal toplayan rus bölməsi üzrə 1 abituriyent, 530-dan çox bal toplayan Azərbaycan bölməsi üzrə 3 abituriyent ali məktəblərə qəbul ola bilməyib. Ümumilikdə I qrup üzrə 500-dən çox bal toplayan 4, 400-dən çox bal toplayan 12, 300-dən çox bal toplayan 36 abituriyent tələbə adını birinci turda qazana bilməyib. II ixtisas qrupu üzrə 320-dən çox bal toplayan 1 abituriyent, ümumilikdə 200-dən çox bal toplayan 31 abituriyent qəbul ola bilməyib.

III ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayan 2 abituriyent, 400-dən çox bal toplayan 3 abituriyent tələbə adından hələlik məhrum olub. III ixtisas qrupu üzrə 300-dən çox bal toplayan 50 abituriyent birinci turda qəbul ola bilməyib.  IV ixtisas qrupu üzrə 560-dan çox bal toplayan 2 abituriyent, 500-dən çox bal toplayan 20 abituriyent, 400-dən çox bal toplayan 33 abituriyent, 300-dən çox bal toplayan 49 abituriyent tələbə adını qazana bilməyib.

Təhsil eksperti Elçin Əfəndi: “Mən yay məktəbinin əlehinəyəm”

Elçin Əfəndi 

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı “Yeni Müsavat”a  deyib ki, bu il I və IV ixtisas qrupu üzrə abituriyentlərin əksəriyyətinin ötən illə müqayisədə göstəriciləri daha yüksək idi: “Məsələn, bu il birinci ixtisas qrupu üzrə 2953 nəfər idi, ötən il isə bu rəqəm birinci ixtisas qrupu üzrə 1894 nəfər idi. Yəni min nəfərə qədər artım müvafiq olaraq həmin istiqamət üzrə keçid ballarının artımı ilə nəticələndi. IV ixtisas qrupu üzrə isə 500-dən yüksək bal toplayan abituriyentlərin sayı 1714 nəfər olub, ötən il isə 500-dən yuxarı bal toplayanların sayı 1093 nəfər idi, 200 nəfərdən çox abituriyentin say çoxluğu faktiki olaraq həmin istiqamətdə formalaşan keçid ballarının artımı ilə nəticələndi. Belə olduğu təqdirdə abituriyentlər mütəxəssis rəyi almadan ixtisasları ballara uyğun aparmayıblar, nəticədə qəbul ola bilməyiblər. Yəni balından yüksək yerləri qeyd ediblər. Məsələn, I ixtisas qrupu üzrə ödənişli əsaslarla Informasiya təhlükəsizliyi ixtisasına 271 balla 2020-ci ildə qəbul aparılıb, bu il isə həmin ixtisas üzrə ödənişli keçid balı  403 baldır. Təsəvvür edin, nə qədər kəskin bal artımı qeydə alınıb. Bəzi ixtisaslar üzrə 40-50 bal, bəzilərində 30-40 bala qədər artım qeydə alınıb. Təbii ki, bu amillər ixtisas seçimini edən şəxslər tərəfindən nəzərə alınmalı, idi çünki ballarda artım gözlənilirdi. Bu hal təkcə I və IV qrupda deyil, eyni zamanda ikinci ixtisas qrupunda da baş verən prosesdir. Orada da bəzi yüksək bal toplayan abituriyentlər kənarda qalıblar. Nəzərə almayıblar ki, 1800 nəfərə yaxın ötən ildən bəri artım var. Bu amilləri nəzərə almadıqları üçün təəssüf ki, həmin abituriyentlər müsabiqədən kənarda qalıblar”.

Ekspert “Növbəti ildə ixtisaslar üzrə balların artımı gözlənilirmi” sualına belə cavab verib: “Artıq kurikulum sistemi ilə 2019-cu ildən bəri qəbul imtahanları keçirilməyə başlanıb. Abituriyentlərin müvafiq olaraq bu istiqamətdə imtahanlara adaptasiya olması, suallarla işləmənin daha da asanlaşması hər il imtahan nəticələrinin daha da yüksək olma ehtimalını önə çıxarır. Qeyd edim ki, kurikulum sistemi ilə qəbul imtahanı keçiriləndən sonra  600-700 bal toplayan abituriyentlərin sayı çox oldu. Çünki o dövrə qədər testin müxtəlif üsullarını, hiyləgərliyini bilmirdilər. Artıq  kurikulum sistemi ilə qəbulun bu il 4-cü ili oldu. 2019-cu ildən, 2022-ci ilə qədər. Bu 4 il ərzində artıq abituriyentlər də bilirlər ki, hansı istiqamətdə hazırlaşsalar, daha asan olar. Bu da növbəti illərdə balların daha da artması ilə nəticələnir. Bu il daha çox verilən suallardan biri də odur ki, riyaziyyat müəllimliyinin balı hüquqşünaslıqdan niyə daha yüksəkdir. Bunun səbəbi o deyil ki, riyaziyyata maraq artıb, bunun səbəbi rəqəmlərlə bağlıdır. Ötən il I ixtisas qrupu üzrə 550-700 bal arası 1224 nəfər nəticə göstərmişdi, bu il isə bu arealda, yəni 550-700 bal arası 1942 nəfər nəticə göstərib. Ötən il III ixtisas qrupu üzrə 550-700 bal arası 1547 nəfər nəticə göstərmişdi, bu il isə bu arealda, yəni 550-700 bal arası 995 nəfər nəticə göstərib”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR