İnsanlara hürriyət, millətlərə istiqlal!

50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırıldı

"Yüksəliş" müsabiqəsinin qaydalarının 9.2.4. bəndini (İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə və kömək etmək cəhdi) kobud şəkildə pozduğuna görə Ümumi biliklər üzrə əsas imtahandan 50 namizəd kənarlaşdırılıb.

Bu barədə müsabiqənin Təşkilat Komitəsi məlumat yayıb.

Bildirilib ki, aprelin 27-də beşinci "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsi çərçivəsində Ümumi biliklər üzrə əsas imtahanı keçirilib. Ümumilikdə 10 729 iştirakçı imtahanda iştirak edib.

Qeyd edilib ki, ümumi biliklər üzrə əsas imtahanda iştirak etməyən namizədlər növbəti mərhələyə buraxılmırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

27 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR