İnsanlara hürriyət, millətlərə istiqlal!

5 ölkənin hərbçiləri Qazaxıstanda “Xilafət”i dağıdıblar – Təlim

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi qulluqçuları Qazaxıstanın “Oymaşa” poliqonunda “xəyali düşmən”in məhv edilməsi üzrə əməliyyat keçiriblər.

Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, əməliyyatın gedişini “Birlik-2024” beynəlxalq təlimlərində iştirak edən beş ölkənin müdafiə idarələrinin rəhbərləri müşahidə ediblər. Təlim manevrləri çərçivəsində hərbçilər təlimlərin nəzəriyyəsinə görə, əraziləri zəbt etmək və xilafət dövləti yaratmaq istəyən qanunsuz silahlı birləşmələrin aşkarlanması, qarşısının alınması və məhv edilməsinə yönəlmiş 17 taktiki epizod hazırlayıb.

“Dəstələrin yerləşdirilməsi artilleriya atəşi ilə pozulub. Hərbçilər elektron döyüş sistemləri ilə birgə daşına bilən zenit-raket kompleksləri və zenit qurğularından istifadə etməklə düşmən mövqelərindən buraxılan pilotsuz təyyarələr dəstəsinin hücumlarını dəf edib”, - deyə idarədən əlavə edilib.

Bundan əvvəl Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi iki terror aktının qarşısının alınması barədə məlumat verib. Onlardan biri respublikanın qərbində yerləşən Aktau şəhərindəki dövlət qurumlarından birində planlaşdırılıbmış.

Belə bir təlimin keçirilməsinin Orta Asiya və Qafqaz regionlarında dini ekstremistlərin fəallaşması ilə bağlı olduğu şübhə doğurmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR