İnsanlara hürriyət, millətlərə istiqlal!

5-ci sinif şagirdi bıçaqla sinif yoldaşına hücum edib, mühafizəçini yaralayıb

Rusiyanın Yamalo-Nenets muxtar dairəsi Novıy Urenqoy şəhərindəki 3 saylı məktəbdə 5-ci sinif şagirdi bıçaqla sinif yoldaşına hücum edib, daha sonra isə mühafizəçini yaralayıb.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, şəxs xəstəxanaya yerləşdirilib və onun həyatı üçün təhlükə yoxdur.

Mətbuatda yayılan məlumata görə, Timofey G. adlı məktəbli əvvəlcə sinif yoldaşına bıçaqla hücum etmək istəyib, daha sonra münaqişəyə müdaxilə edən mühafizəçini vurub.

Bildirilir ki, uşaqlar arasında mübahisə düşüb və bu zaman oğlan qatlanan bıçağı çıxararaq qızı yaralamağa cəhd edib. Lakin bıçaq onun gödəkçəsinə keçməyib və o, ciddi xəsarət almayıb.

Qışqırıq və hay-küyə məktəbin mühafizəçisi cavab verib. O, şagirdin qarşısını almaq istəyəndə boynundan bıçaq zərbəsi alıb. Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Son məlumata görə, onun vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir, hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR