İnsanlara hürriyət, millətlərə istiqlal!

48 saata MÜHARİBƏ BAŞLAYACAQ - Qərb kəşfiyyatı ANONS VERDİ

İsrailin Livana hücumu qaçılmazdır və yaxın 48 saat ərzində gözlənilir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qərb kəşfiyyatının hesabatları göstərir.

Qeyd edək, İsrail hərbi texnikalarının şimaldan Livanla sərhədə doğru hərəkətinin görüntüləri də yayılıb.

Yayılan son dəqiqə məlumatına görə, Livanın MEA (Middle East Airlines) aviaşirkəti İsrailin Qolan təpələrinə hücuma mümkün cavabı səbəbindən bazar günü axşamdan Beyruta uçuşlarının vaxtını dəyişdirib.

Xatırladaq ki, iyulun 27-si axşam saatlarında Livandan İsrailin şimalı raket atəşinə tutulub. Raketlərdən biri həmin vaxt uşaqların olduğu Məcdəl Şəmsdəki futbol meydançasında partlayıb. Nəticədə 12 nəfər həlak olub, daha 40-a yaxın insan yaralanıb. İsrail hakimiyyəti insidentdə "Hizbullah" hərəkatını günahlandıraraq, sərt cavab verəcəyini vəd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR