İnsanlara hürriyət, millətlərə istiqlal!

39 yeni hakim and içdi

Azərbaycanda hakim adını qazanan 39 nəfər and içib.

 Musavat.com "Qafqazinfo"a istinadən  xəbər verir ki, mərasim bu gün Ali Məhkəmədə keçirilib. Tədbirdə məhkəmələrə yeni təyin olunan hakimlər ədalət mühakiməsini Konstitusiya və Qanunlara uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranmağına and içiblər.

Qeyd edək ki, Prezident iyulun 1-də bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edib. Təyinat alan 39 hakimdən 23 nəfəri qadın olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR