İnsanlara hürriyət, millətlərə istiqlal!

3 May: mübarizə və bayram günü

Bu gün türk millətini milli hüquqlarının müdafiəsi uğrunda başlamış bir hərəkatın 81 illiyidir. Günümüzdə mayın 3-ünü həm bayram, həm də mübarizə günü olaraq qeyd edirik.

Hazırda Macarıstan da daxil olmaqla yeddi müstəqil və suveren Türk dövləti, qismən tanınan Şimali Kipr Türk Cümhuriyyəti, Rusiyada muxtariyyətə malik türk respublikaları, Çində Uyğur Muxtar Rayonu var. Bununla belə Şimali Kiprin hələ də tanınmaması, Rusiyadakı muxtariyyətlərdə milli hüquqların tapdanması, Çində uğurları edilən siyasi təzyiqlər o bölgələrdə mübarizənin yeni mərhələsinin olacağı ehtimal etməyə əsas verir.

Bir çox ölkələrdə türklər yerli sakin olduqları halda hələ təqib olunurlar.

Vaxtı ilə türk millətinin hüquqlarının təmin olunması uğrunda mübarizə aparanlar Türkiyədə təqib olunublar. Çünki o illərdə faşizm insanlığın düşməni kimi ikinci dünya savaşının başlamasına səbəb olmuşdu. Bu baxımdan Türkiyədə də bu ideoloji baxış ona oxşadılırdı. Ancaq günümüzdə türklərin qurduğu qurumlar, o cümlədən Türk Dövlətləri Təşkilatı dünyanın aparıcı istiqamətlərindən birinə çevirilməkdədir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) əsasını təşkil edirlər. Azərbaycan və Türkiyənin liderliyi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum qaz və nəqliyyat marşrutlarına Gürcüstanın da qoşulması ilə bu özünü təsdiqləyib.

1944-cü il sentyabrın 7-dən başlamış və 1945-ci il martın 29-dək Türkiyə siyasətinin tanınmış 23 önəmli şəxsiyyətinin məhkəmə prosesi keçirilib. Bu mühakimə ümumilikdə 65 iclasdan ibarət olub. Zeki Velidi Togan, Hüseyin Nihal Atsız, Alparslan Türkeş, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal şəxslər mühakimə olunanlar arasında olub.

Bu gün ilk dəfə 1945-ci il mayın 3-də Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla ümumilikdə 10 məhkum tərəfindən ilk dəfə qeyd olunub. İlk mərasim isə Tophane Hərbi Həbsxanasında keçirilib.

Həmin vaxtdan başlayaraq hər il bir çox insan tərəfindən qeyd edilməyə başlayıb. Bu gün bu bayramı, türk milliyyətçiliyi ideyasının doğulduğu gün qeyd edilir

Ötən əsrdə bu ideyanın daşıyıcıları olmazın müsibətlər, sıxıntılar yaşayıblar. Keçmiş sovetlərin tərkibində yaşayan türklər mənsub olduqları etnosun milli varlığını - dil, əlifba, mədəniyyəti, tarix, ərazi, yer, yurd adlarını müdafiə etdikləri üçün “pantürkçü”, “panturançı” kimi ifadələrlə damğalanıblar. Onlar ya qətl edilib, ya da sürgündə çürüyüblər. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Cəfər Cabbarlı və başqalarını yad etmək yerinə düşər.

Bu gün sovet-kommunist rejimində repressiyalara, deportasiyalara məruz türklərin də anılması vacibdir. Çünki onlar bu etnosa mənsub olduqları üçün zülmə məruz qalıblar.

Repressiya dövründə siyasi cinayətlərə görə 1937-ci ildə 2846 nəfərin həbs edilməsi, 2215 nəfər haqqında ölüm hökmü çıxarılması haqqında məlumatlar var. 1937-ci il sentyabrın 15-dən 16-na keçən gecə 97 nəfər qətlə yetirilib. Qətlə yetirilənlərin 86 nəfəri milliyyətcə Azərbaycan türkü olub. 1937-ci il noyabrın 15-dən 16-na keçən gecə 169 nəfər soydaşımız güllələnib.

Bununla bağlı yayılan siyahıda cəmi 2556 nəfər qeyd olunub. Onların arasında Cümhuriyyət dövrünü yaşamış, müstəqillik uğurunda mübarizədə iştirak etmiş, torpaqların erməni-bolşevik işğalından azad edilməsi yolunda savaşmış türklər də olub. Həmin insanlar milli hüquqlarının təmin olunması üçün mübarizə aparıblar.

Belə Azərbaycan türklərinə “osmanlı casusu” damğası da vurulurdu.

İkinci dünya müharibəsi başa çatandan sonra Azərbaycan türklərinin milli haqlarının təmin olunması istəyənlər, kommunist rejimindən çəkinmədən, qorxmadan bunu söyləyənlər də təqib ediliblər.

Mərkəzi Asiyada, Türküstanda da oxşar səhnə yaşanıb.

Azərbaycan türkləri indiki Ermənistandan (Qərbi Azərbaycandan) son 120 ildə 3 dəfə deportasiya edilib:

Birinci mərhələ 1905–1920-ci illər;

İkinci mərhələ 1948–1953-ci illər;

Üçüncü mərhələ 1988–1992-ci illər.

Azərbaycan torpaqlarını işğal olunan zaman da ermənilər Azərbaycan türklərinə qarşı cinayət törədiblər.

Xocalıya sovetdən qalma Rusiyanın 366-cı motoatıcı alayının hərbçiləri iştirak edib. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb olunub.

Erməni tərəfindən alınmış məlumata görə 366-cı alayın döyüş maşınları və onların heyəti hücum əməliyyatında iştirak edib, şəhərə atəş açıblar.

Yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında Xocalıda törətdikləri cinayətlə bağlı belə yazıb: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Xocalı faciəsi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan “özünümüdafiə qüvvələri komitəsi"nin rəhbəri olduğu dövrdə baş vermişdi.

Törədilmiş cinayət əməlləri ilə bağlı o deyib: “Xocalıdan əvvəl türklər fikirləşirdilər ki, onlar bizimlə zarafat edirlər. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik. Və budur baş verənlər”.

Jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirdib-keçirmədiyi barədə sualına Serj Sarqsyan cavab vermişdir: “Mən heç bir təəssüf keçirmirəm...hətta minlərlə əhali ölərsə bu cür sərt gedişlər zəruridir”.

Bu azmış kimi sovet-kommunist rejimi Azərbaycan türklərini respublikanın indiki ərazisindən müxtəlif adlar, o cümlədən pantürkçülükdə ittiham edərək Mərkəzi Asiyaya, Sibirə sürgün ediblər.

1944-cü ildə Krım türkləri (tatarları) da milli mənsubiyyətə görə deportasiyaya məruz qalıblar. Qurbanların ümumi sayının 191.044 - 423.100 nəfər olduğu bildirilib.

Gürcüstanın Axalkalaki bölgəsindən də türklər zorla Mərkəzi Asiyaya köçürülüblər.

Onların repatriasiya hüququ indiyədək icra edilməyib.

Yunanıstan və Kipr adasında, Bolqarıstanda, Rusiyada, Çində, Hindistanda türklərin məruz qaldıqları zülmü də yada salmaq vacibdir.

Son yüz ildə İranda Güney Azərbaycan türklərinin məruz qaldıqları irqi-ayrı seçkiliyin sərhədi olmayıb. 1925-ci ildə panfarsizm siyasi hakimiyyəti ələ keçirdikdən sonra türklərə qarşı fars şovinizmi min illik kin və nifrətini püskürüb.

Azərbaycan türklərinin assimilyasiyası başlayıb. Bu şovinistlər türkləri fars dili və mədəniyyətinin bir törəməsi sayaraq, onun milli varlığını belə danırdırlar. Bu azmış kimi 1990-cı illərin ortalarında “Türklərsiz İran!” şüarı ilə türklərə qarşı çıxışlar başladı. 2006-cı ilin mayında türkləri aşağılayan materialın çapı Azərbaycan türklərinin İranda məruz qaldıqları 100 illik milli ayır-seçkiliyə ən bariz nümunələrdəndir.

İranın indiki Prezdenti Məsud Pezeşkian Azərbaycan türküdür. O, tədbirlərdən birində Məhəmmədhüseyn Şəhriyarın türkçə yazdığı “Heydərbabaya salam” poemasında bir parça oxuyarkən ona öz dilində danışmağı, şeir oxumağı dayandırması istənilib.

Türk dilində danışmaq, oxumaq, yazmaq, kitab çap eləmək yasaqlanıb. Bu məhdudiyyətə məhəl qoymayanlar azadlıqdan məhrum edilib və başqa cəzalara məruz qalıblar.

Müasir dövrümüzdə türklərin problemlərini aşağıdakı kimi sıralamaq olar:

- Bir-birini tanımır. Kipr türklərinin, Güney Azərbaycan türkünün, uyğurların, Rusiyadakı türklərin, Yunanıstandakı və dünyanın çeşidli dövlətlərində yaşayan, vətəndaşı olduqları ölkədə mənsub olduqları etnosa görə üzləşdikləri çoxsaylı problemləri dilə gətirmirik;

-türklərin siyasi müstəvidə bir-birini müdafiə etmir. Kipr türklərinin qurduqları dövlət münasibət buna nümunədir.

-Güney Azərbaycan türklərinin dillərində məktəbinin olmaması.

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda çıxışında bu məsələyə toxunaraq demişdi: Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır".

-Qaşqay türklərinin milli hüquqlarının tapdanması, varlıqlarının danılması, milli adət və geyimlərinin farsdilli etnik qrupun adına qeydiyyata alınması;

- uyğur türklərinin milli problemlərinə sükutla yanaşma;

- Rusiyanın Ukraynada apardığı müharibədə türklərin soyqırımına soyuq münasibət;

-İraq və Suriyada türkmənlərin assimilyasiyası, milli hüquqlarının tapdanması, ərazilərinin mənimsənilməsi;

- Qərb azərbaycanlıların güc yolu ilə məhrum edildikləri Ermənistan vətəndaşlığına laqeyd yanaşma..

Mayın 3-ü həm də dünya türklərinin problemlərinin yada salındığı günüdür.

Ziya Gökalpın misraları ilə çıxışımı bitirmək istəyirəm:

“Düşmənin ölkəsi viran olacaq

Türkiyə böyüyüb Turan olacaq!”

Habelə

“Vətən, nə Türkiyədir Türklərə, nə Türküstan

Vətən, böyük və məhəbbət (əbədi) bir ölkədir-Turan!”

Odur ki, “daş qırılar, tunc əriyər, amma Türklük əbədidir”. Gün o gün olsun türklərin milli haqları dünyanın bütün guşələrində öz həllini tapsın. Bu yerdə Bilgə xaqanın duası yada düşür: “Ey türk, sən bir dənizsən, yırğalan, özünə dön. Sən özünə dönəndə möhtəşəm olursan”. Möhtəşəm türk dünyası ədalətli dünya deməkdir. Bayramınız mübarək!

Sədrəddin İsmayılov,
Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 May 2025

03 May 2025

BÜTÜN XƏBƏRLƏR