İnsanlara hürriyət, millətlərə istiqlal!

3 ayda dünyada 166 milyard dollarlıq çip satılıb

2024-cü ilin üçüncü rübündə qlobal çip satışları ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz artaraq 166 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, məlumatı Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) açıqlayıb.

Məlumata görə, bu, 2016-cı ildən bəri ən böyük artım olub. Bu ilin ikinci rübü ilə müqayisədə satışlar 10,7 faiz artıb.

SİA prezidenti və baş icraçı direktoru Con Noyfer bildirib ki, sentyabr ayı satışları Amerika qitəsindəki artımla bağlı ən yüksək aylıq göstəriciyə çatıb. Sentyabrda qlobal çip tədarükü keçən ilin eyni ayı ilə müqayisədə 23 faiz artaraq 55,3 milyard dollar təşkil edib. Avqust ayı ilə müqayisədə onlar 4 faiz artıb.

Ötən ay Şimali və Cənubi Amerikada satışlar illik müqayisədə 46,3 faiz, Çində 22,9 faiz artıb, Yaponiyada 7,7 faiz, Asiya-Sakit okean və digər regionlarda 18,4 faizartıb. Eyni zamanda Avropada 8,2 faiz azalma qeydə alınıb.

Sentyabrda çips satışı əvvəlki ayla müqayisədə Şimali və Cənubi Amerikada 4,1 faiz, Avropada 4 faiz, Yaponiyada 5,3 faiz, Çində 3,6 faiz, Asiya-Sakit okean regionunda 4,5 faiz artıb.

SIA yarımkeçirici sənayesinin Amerika nümayəndələrinin təxminən 99 faizini və digər ölkələrin çip istehsalçılarının təxminən 66 faizini birləşdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR