İnsanlara hürriyət, millətlərə istiqlal!

24 gün dənizin ortasında sürüklənən kişi belə sağ qalıb (VİDEO)

Karib dənizində qayıqla sürüklənərkən, Dominikadan olan 47 yaşlı Elvis Fransua düz 24 gün sonra xilas edilib.


Musavat.com xəbər verir ki, Fransua 1 şüşə ketçup, sarımsaq tozu və bulyon həbləri yeyərək 24 gün sağ qalmağı bacardığını bildirib.

Dekabr ayında Karib dənizindəki Sent-Martin adasının limanında qayığı təmir etməyə çalışan Elvis Fransua axınla sürünməyə başlayıb. Dənizçilik biliyi olmayan və açıq dənizdə sürüklənən Fransua telefonu yanında olmadığı üçün kömək istəyə bilməyib.

Günlərlə dənizdə sürüklənən 47 yaşlı Fransua 24 gün ərzində 1 şüşə ketçup, sarımsaq tozu və bulyon həbləri yeyərək sağ qalıb. Yelkənli qayığın gövdəsinə “kömək” yazan Fransua yanvarın 15-də güzgüdən istifadə edərək günəş şüalarını təyyarəyə əks etdirərək diqqəti cəlb etməyi bacarıb. Ekipaj vəziyyəti Kolumbiya donanmasına bildirib. Donanmanın əlaqə saxladığı ticarət gəmisi təxminən bir aya yaxındır dənizdə sürüklənən Fransuanı xilas edərək liman şəhəri olan Kartagenaya gətirib. Fransua sağlamlıq müayinəsindən keçərkən, immiqrasiya şöbəsi onun ölkəsinə qayıtması üçün müvafiq prosesə başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR