İnsanlara hürriyət, millətlərə istiqlal!

22 yaşlı oğlan həkim səriştəsizliyinin qurbanı oldu - FOTO

22 yaşlı oğlan həkim səriştəsizliyinin qurbanı olub.

Türkiyənin Mersin vilayətində mədəsindən əməliyyat edilən 22 yaşlı Ali Can Gül həkimin yanlış əməliyyatı səbəbindən canından olub.

İddialara görə, həkim mədə şarını yerləşdirən zaman səhvən oğlanın tənəffüs borusunda ilişib. Nəfəssiz qalan Ali dünyasını dəyişib.

Qeyd edək ki, mədə balonu əməliyyatsız 15-20 dəqiqə ərzində endoskopik olaraq xəstənin mədəsinə yerləşdirilən müalicə üsuludur. Bu şar mədənin bir hissəsini tutduğundan həmin şəxs vaxtından tez özünü doymuş hiss edir. Nəticə etibari ilə 3,4 ay sonra xəstə çəki atmış olur.\Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR