İnsanlara hürriyət, millətlərə istiqlal!

22 yaşlı Könülü belə qətlə yetiriblər- TƏFƏRRÜAT

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüatlar məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, meyiti tapılan qadın Cəlilabad rayon Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır. O, boğularaq qətlə yetirilib.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb. Nənəsinin APA-ya verdiyi məlumata görə o, ailəli olub və ayrılıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi olub. İşləmək üçün Lənkərana gəlib. 2 - 3 gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR