İnsanlara hürriyət, millətlərə istiqlal!

21 ABŞ Prezidentini görən ən yaşlı insan - 115 yaşını qeyd etdi

Amerikanın ən uzunömürlü adamının 115 yaşı olub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Amerikada yaşayan Bessi Hendriks 115 yaşını tamamlayıb.

O, ad gününü 90 yaş civarında olan üç oğlu ilə qeyd edib.

1907-ci ildə anadan olan Hendriks iki Dünya Müharibəsi və 21 ABŞ prezidenti görüb.

Gerontologiya Araşdırma Qrupunun məlumatına görə, Hendriks həm də dünyanın 4-cü ən yaşlı insanıdır.

Hazırda dünyanın ən yaşlı insanı 1904-cü ildə doğulan rahibə Lucile Randondur. Onun 118 yaşı var və Fransada yaşayır.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR