İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə su itkilərinin azaldılması məqsədilə görülən tədbirlər açıqlanıb  

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində 2023-cü ilin yekununa həsr edilən tədbir keçirilib.

Musavat.com xəbər verir ki, tədbirdə cari il ərzində görülən tədbirlər haqqında ətraflı məlumat verilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov məlumat verib  ki,  agentlik üçün 2023-cü il yaddaqalan il oldu: "2023-cü il bizim üçün cənab Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, ölkə ərazisində, özəlliklə Qarabağ və Şərqi Zəngəzur vilayətlərində həyata keçirilən irimiqyaslı quruculuq işləri,  Sərsəng su anbarının istismarının bərpa edilməsi, müsbət nəticələr əldə  etdiyimiz suvarma mövsümü və digər yeniliklərlə yadda qalan oldu. 

Ölkənin su təsərrüfatına olan özəl diqqət və qayğının göstəricisi olaraq 2023-cü ildə Suqovuşan və Xaçınçay su anbarlarının təmir-bərpadan sonra yenidən istifadəyə verilməsi, Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin təqdimatı və Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlqoyma mərasimi, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib. 

Agentlik tərəfindən bütün respublika ərazisində etibarlı su təchizatına nail olunması məqsədilə institusional, struktur və investisiyaların idarəolunması istiqamətlərində yeni islahatların həyata keçirilməsi, su itkilərinin azaldılması məqsədilə infrastrukturun müasir tələblərə uyğun olaraq müasirləşdirilməsi, həmçinin su anbarlarının tikilməsi və təmir-bərpası ilə ölkədə yeni su ehtiyatlarının yaradılması nəzərdə tutulub. Bu tədbirlər Bakı şəhəri və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında, o cümlədən 2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyada da öz əksini tapıb".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR