İnsanlara hürriyət, millətlərə istiqlal!

2023-cü ildə ilk türkiyəli kosmonavtın BKS-ə göndərilməsi üçün hazırlıqlara başlanılıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ilk türkiyəli kosmonavtın 2023-cü ildə Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərilməsi üçün hazırlıqlara başlandığını elan edib.

Musavat.com xəbər verir ki, istinadən xəbər verir ki, “Milli kosmik proqram çərçivəsində biz gələn il ilk vətəndaşımızın BKS-ə göndərilməsi üçün hazırlıqlara başlamışıq”, - dövlət başçısı Ankarada “Türkiyə Əsri” layihəsinin təqdimatında deyib.

Qeyd edək ki, bir müddət öncə yayılan məlumatlara görə, Türkiyə Kosmik Agentliyi noyabr ayına qədər BKS-də elmi işlərlə məşğul olacaq iki namizədi - əsas və ehtiyat kosmonavt hazırlamağı planlaşdırır. Onların hazırlanması Amerikanın “Axiom Space” şirkəti ilə birgə həyata keçirilir. Məhz bu şirkət həmçinin ilk türkiyəli kosmonavtı BKS-ə çatdıracaq.

Xatırladaq ki, Türkiyə Prezidenti 2021-ci ildə kosmonavtların hazırlanması və yerli raketin Aya göndərilməsini əhatə edən milli kosmik proqramın işə salındığını elan edib. Layihə təxminən 6 milyard dollara başa gələcək.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR