İnsanlara hürriyət, millətlərə istiqlal!

2022-ci ildə Rusiyanın 9 aviaşirkəti uçuşları dayandırıb

2022-ci ildə Rusiyanın 9 aviaşirkəti uçuşları dayandırıb, dördü isə hava operatoru sertifikatını itirib. Əksər hallarda uçuşların dayandırılması Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq edilən sanksiyalarla əlaqələndirilir.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” xəbər verir.

Qəzetin xəbərinə görə, Qərbin sanksiyaları səbəbindən 3 sertifikat birbaşa geri götürülüb.

“Kamçatka” aviaşirkəti ABŞ-da üç “Cessna Grand Caravan” təyyarəsi ala bilmədiyi üçün işi dayandırdığını elan edib. Yükdaşımalara görə üçüncü yeri tutan “SkyGate” hazırda Azərbaycanda fəaliyyət göstərir. Sankt-Peterburqun "Bystrolet" şirkəti “Hawker Beechcraft” reaktiv təyyarələrindən istifadə etməyi planlaşdırsa da, təyyarənin olmaması səbəbindən sertifikatını itirib. “Rostex” strukturuna daxil olan “Rostvertol Avia” şirkəti ehtiyat hissələri ilə bağlı problemlər səbəbindən “Mİ-2” helikopterlərindən istifadə edə bilməyib. 2022-ci ildə iflas prosesində olan Kalininqradın “Skol” şirkəti də sertifikatdan məhrum olub, Federal Hava Nəqliyyatı Agentliyi ona təyyarələrdən istifadəni qadağan edib.

Keçən il Qərb sanksiyaları fonunda “Royal Flight”, “Sirius Aero”, “Atran” və “AirBridgeCargo” yükdaşıyıcıları fəaliyyətini dayandırsalar da, sertifikatlarını saxlayırlar.

“Kommersant”ın yazdığına görə, hazırda Federal Hava Nəqliyyatı Agentliyinin reyestrində 114 daşıyıcı var, lakin beş ən böyük şirkət sərnişin axınının üçdə ikisini təmin edir. Nəşrin mənbəsinin sözlərinə görə, iri daşıyıcıların strukturuna daxil olmalı olacaq regional şirkətlər üçün vəziyyət heç də ürəkaçan deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR