İnsanlara hürriyət, millətlərə istiqlal!

19 il həbs cəzası alan Hacı Beyləqanski yenidən məhkəmə qarşısında - İTTİHAM

Azərbaycanlı qanuni oğru Hacıbaba Talıbov (Hacı Beyləqanski) Rusiyada növbəti dəfə məhkəmə qarşısına çıxarılıb.

Qaynarinfo xəbər verir ki, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək statusa malik olma) maddəsi ilə ittiham edilir. Bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, Hacı Beyləqanskinin qanuni oğru titulu daşıması barədə bir müddət idi istintaq gedirdi. İstintaq zamanı kriminal submədəniyyət üzrə 20-dən artıq ekspert dindirilib. Nəhayət, bu nəticəyə gəlinib ki, Hacı Beyləqanski qanuni oğrudur.

Bu maddə ilə onu 8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.  Hacı Beyləqanski hazırda həbsdədir. O, 2019-cu ildə qətl hadisəsinə həbs edilib. Moskva Şəhər Məhkəməsi qanuni oğrunu təqsirli bilərək, 19 il azadlıqdan məhrum edib.

Hacıbaba Talıbxanlı 1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. O, 2012-ci ildə qanuni oğru tituluna layiq görülüb.

Hacı Beyləqanski mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) ən yaxın adamlarından biri kimi tanınır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR