Onlayn ictimai-siyasi qəzet
18 milyon əhalisi olan Ekvador elektrik xəttində baş verən qəzadan sonra işıqsız qalıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, elektrik enerjisi kəsilməsi səbəbindən küçələrdə işıqforlar dayanıb, avtomobillər tıxacda qalıb.
Ölkədə internetdə də fasilələr yaranıb.
Ekvadorun ictimai işlər naziri Roberto Lukenin sözlərinə görə, hazırda səlahiyyətlilər problemi aradan qaldırmaq üçün çalışırlar.
“The New York Times” qəzetinin yazdığına görə, Cənubi Amerika ölkəsi bir neçə ildir ki, enerji böhranı ilə mübarizə aparır.
Ölkənin enerjisinin böyük hissəsi qonşu Kolumbiyadan gəlir.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ