İnsanlara hürriyət, millətlərə istiqlal!

179 saylı məktəbin direktorundan yayılan video ilə bağlı AÇIQLAMA- "Bizdə elə bir müəllim işləmir"- YENİLƏNİB

Binəqədi rayonunda yerləşən 179 saylı məktəbin direktoru Tural Hətəmov yayılan video ilə bağlı Musavat.com-a müraciət edib. 

Direktor bildirib ki, həmin şəxs 179 saylı məktəbdə çalışmır:

"Biz bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət etmişik ki, məktəbimizlə bağlı qarayaxma kampaniyası aparılır. Konkret olaraq həmin şəxs bizim məktəbin müəllimi deyil. Biz araşdırmışıq ki, ümumiyyətlə, o adam heç müəllim də deyil. Sadəcə olaraq kimsə bu videonu sosial şəbəkələrdə yayıb və əlaqəsi olmadığı halda bizim məktəbin adı hallanıb".

Onu da qeyd edək ki, son vaxtlar hər fürsətdə məktəbin, müəllimlərin gözdən salınması kampaniyası aparılır. Müəllimlər haqqında elə bir təsəvvür yaradılır ki, sanki onlar bizim uşaqlıq təsəvvürümüzdəki kimi çörək yeyib, su içməməlidirlər, toyda-nişanda oynamamlıdırlar, daima hərbçilər kimi standart mundirdə gəzməlidirlər, şəxsi həyatları olmamalıdır.

 

***

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə müəllimlərlə bağlı daha bir skandal video yayılıb. 

Bu dəfə Binəqədi rayonunun 179 saylı məktəbinin qadın müəllimləri ölkənin rayonlarının birində maşını saxlayaraq yolun ortasında çal-çağır janrında əylənmə həyata keçiriblər. Videodan da göründüyü kimi, müəllimlərdən biri kefli vəziyyətdə yolun ortasında oynayır və həyatına təhlükə yaradacaq şəkildə avtomobilin qarşısına çıxır. 

İddialara görə, qadın müəllimlər rayonlardan birinə (Quba) tətilə gediblər və geri dönüş zamanı spirtli içki qəbul edərək bu videoda görünən vəziyyəti yaradıblar.

Ümid edirik, Təhsil Nazirliyi məsələyə münasibət bildirəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR