Onlayn ictimai-siyasi qəzet
Ağsuda bıçaqlanma hadisəsi baş verib.
Hadisə fevralın 21-i saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ