İnsanlara hürriyət, millətlərə istiqlal!

16 milyonluq mənimsəmədə ittiham olunan MMC rəhbərinin cinayət dosyesi – MƏHKƏMƏ BAŞLAYIR

Bakı Ağır Cinayətlər Məhkəməsinə Ramin İsayevin cinayət dosyesi göndərilib. 16 milyon mənimsəmədə ittiham olunan Ramin İsayev “SOCAR-AQŞ” MMC-nin sabiq baş direktorudur.

Musavat.com xəbər verir ki, onun cinayət dosyesi hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası iyulun 29-na təyin olunub.

Ramin İsayev ötən il Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 16 milyon manat müəyyən edilib. Daha sonra ona qarşı 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddəsi ilə əlavə ittiham verilib. Bu müddələrin sanksiyasında 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Harvard Universitetinin məzunu olduğu bildirilən Ramin İsayev ittihamları qəbul etmir, özünü ittiham üzrə təqsirli bilmir.

Xatırladaq ki, Ramin İsayev 2020-ci ilin oktyabrına qədər “Socar AQŞ” MMC-nin direktoru olub. Həmin il onu bu postda Samir Mollayev əvəzləyib. 

2007-ci ildə yaradılan MMC Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi ilə məşğul olur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR