Onlayn ictimai-siyasi qəzet
Gəncədə meyiti tapılan Elgün İbrahimovun anası Fizzə Zeynalova TV Müsavat-a müsahibə verib.
16 gündür müəammalı şəkildə oğlunu itirən Fizza Zeynalova istintaqın gedişatı ilə bağlı fikirlərini bölüşüb.
Mərhumun anası istintaqın gedişindən narazı olmadığını bildirsə də, 16 gün vaxt keçdiyini narahatlıqla qeyd edib:
“16 gün az vaxt deyil. Amma gedib görürük ki, iş gedir. Bu gün qeyri-iş günüdür, amma onlar yenə də işləyir. Adam bunu dana bilməz. Necə deyə bilərəm ki, baxmırlar, maraqlanmırlar? İş gedir. Nə vaxt gedirik, çıxırlar, suallarımızı cavablandırırlar”.
Fizza Zeynalova oğlunun ölümü ilə bağlı hər hansı məlumatı ola biləcək şəxslərə də müraciət edib:
“Kimsə nəsə bilirsə, hiss edirsə, istintaqa kömək etsin. Qorxan, çəkinən varsa da xahiş edirəm ki, bizə, istintaqa kömək etsinlər. Biz bilirik ki, Elgün öldürülüb. Onun hansı xəsarətlər alması ilə bağlı disk var. Aldığı xəsarətlərlə bağlı xəstəxanadan rəsmi sənəd də almışıq. Təbii ki, döyülərək öldürülüb”.
Xatırladaq ki, 11-ci sinif şagirdi Elgün İbrahimovun müəmmalı şəkildə dünyasını dəyişməsindən 16 gün keçir.
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ