İnsanlara hürriyət, millətlərə istiqlal!

147 nömrəli Texniki Humanitar Liseyi başqa bir məktəbə köçürülür

Ötən gün 147 nömrəli Texniki Humanitar Liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin görüşü keçirilib.

Bu barədə Musavat.com-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsil alanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunub. Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur. Müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.

Müsavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR