İnsanlara hürriyət, millətlərə istiqlal!

14 yaşlı qız və anası ölkədən qaçarkən YAXALANDI - ŞOK SƏBƏB

Meksikada sinif yoldaşını döyərək öldürən 14 yaşlı qız anası ilə birlikdə ABŞ-a qaçmaq istəyərkən yaxalanıb.

Musavat.com xəbər verir ki, nəzarətə alınaraq məhkəməyə çıxarılan ana və qızı həbs edilib.

Meksikanın Teotihuacan şəhərindəki orta məktəbdə baş verən insidentdə Azahara Aylin Martinez 14 yaşlı sinif yoldaşı Norma Lizbet ilə dava edərkən ona daşla hücum edib və başına daşla xəsarət yetirib. Hadisədən sonra yaralanana Norma Lizbet adlı gənc qız martın 13-də pisləşib və huşunu itirdikdən sonra yaxınları tərəfindən xəstəxanaya aparılıb. Lizbet martın 15-də vəfat edib. Onun müalicə üçün getdiyi xəstəxananın həkimləri Norma Lizbetə kəllə-beyin travması diaqnozu qoyublar.

Caso Norma Lizbeth: directora supo de la pelea y no intervino, hermana de  la joven dio desgarrador mensaje - Infobae

Azahara Aylin Martinez və anası Maqali Martinez ABŞ-a qaçmaq istəyərkən Texas ştatının Reynosa sərhədində həbs edilib. Meksika Əyalət Baş Prokurorluğundan verilən açıqlamada həbs qərarı çıxarılan Azahara Aylin adlı şübhəlinin və anasının saxlanıldığı və ifadə vermək üçün hakim qarşısına çıxarıldıqları bildirilib. 

Norma Lizbet adlı yeniyetmə qızın sinif yoldaşları onun dəri rənginə görə bir müddət bəzi zorakılığa məruz qaldığını bildiriblər.

Bildirilib ki, acınacaqlı hadisədə günahlandırılan orta məktəb direktoru da vəzifəsindən azad edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR