İnsanlara hürriyət, millətlərə istiqlal!

14 qurdun ABŞ parkında yaratdığı möcüzə - Dünya heyrətdə

1995-ci ildə Yellouston Milli Parkında balansı saxlamaq üçün 14 qurd alınaraq, vəhşi təbiətə buraxılır. Prosesin inkişafını elm mərkəzinin mütəxəsisləri izləyirlər. Bir müddət sonra alimlər Milli Parkda ekosistemin tamamilə müsbət istiqamətdə dəyişdiyinin şahidi olurlar.

70 il ərzində parkda qurd yox idi və bütün bu müddət ərzində orada marallar çoxluq təşkil edirdi. Maralların bioloji artımı yerli floraya ziyan vururdu, bitkilər və kiçik heyvanlar onların qurbanı olurdu.

Milli Parka buraxılan 14 qurd bütün maralları yemədi, lakin onları daha diqqətli otlaq yerləri seçməyə və parkın müəyyən ərazilərindən çəkilməyə məcbur etdi.

Maralların çəkildiyi yerlərdə bitki örtüyü canlanmağa başladı. Altı il ərzində ağacların sayı beş dəfə artdı. Qunduzlar, çaylarda ördəklər və balıqlar peyda oldu. Qurdlar çaqqal populyasiyasını azaltdı, bu da dovşan və meşə siçanlarının sayının artmasına səbəb oldu. Nəticədə şahinlər, digər vəhşi quşlar və tülkülər parka gəldi. Ayılar qurdların ovladıqları heyvanların qırıntılarını yeyə bilmək üçün parkda məskən saldılar. Parkda giləmeyvələrin sayı artdı. Bütün heyvanların qidalanması üçün bitki və heyvan çoxluğu yarandı. Təbiət daha sürətlə böyüməyə və şaxələnməyə başladı.

Amma ən heyrətlisi odur ki, qurdlar çayların axarını dəyişdilər: çaya axan kanallar sabitləşdi və sahil eroziyası azaldı. Bu ona görə baş verib ki, qurdların marallara təsiri çay sahillərində ağacların və otların böyüməsinə səbəb oldu, nəticədə sahillər möhkəmləndi, parkın coğrafiyası dəyişdi.

Bütün bu ekosistemin inkişafı sadəcə Milli Parka buraxılan on dörd canavar sayəsində baş verdi.

Yəni: Təbiətdə Qurdun və Yer üzündə Türkün varlığı sadəcə İnkişaf və Balans yaradır.//Axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR