Onlayn ictimai-siyasi qəzet
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin Geqarkunik (Basarkeçər) rayonunun Azat (Ağkilsə) kəndində yerləşən mühəndis-istehkam bölüyünün sığınacağında baş vermiş yanğın nəticəsində ölən 14 hərbçinin meyiti çarpayılarında hərəkətsiz vəziyyətdə tapılıb.
Musavat.com bildirir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin polkovniki Arsen Saroyan bildirib. O deyib ki, daha bir əsgərin cəsədi ön qapının yanında aşkarlanıb.
Saroyanın sözlərinə görə, güman ki, əsgərlər tüstüdən zəhərləniblər və buna görə də ayağa qalxa bilməyiblər: “Bir nəfər girişdə olub, qaçmağa çalışıb, amma bacarmayıb. Divarın sökülməsi nəticəsində dam örtüyü uçub, torpaq qatlarının götürülməsi zamanı xilasedicilər hər şeyin yandığını görüblər”.
Qeyd edək ki, yanvarın 19-da saat 01:30 radələrində Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinə aid bölüyün sığınacağında yanğında ilkin məlumata görə, 15 hərbçi yanıb, 6 hərbçi isə ağır xəsarətlər alıb.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ