İnsanlara hürriyət, millətlərə istiqlal!

"12 000 manatlıq qızılım oğurlanıb" - deyə polisə məlumat verdi, yalan çıxdı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayon sakini Xalid Həmidov polisə müraciət edərək özünə məxsus olan “Vaz 2107” markalı avtomobildən 12 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını deyib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Həmin qızıl-zinət əşyalarının X.Həmidovda olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Vətəndaşlara bir daha xəbərdarlıq edilir ki, polis və digər dövlət qurumlarına yalan məlumat vermək hüquqi məsuliyyət yaradır

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR