İnsanlara hürriyət, millətlərə istiqlal!

11 ölkənin kəşfiyyat orqanları BİRGƏ ƏMƏLİYYAT keçirdi

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) və Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) daxil olmaqla beynəlxalq hüquq-mühafizə orqanları "ransomware" virusları ilə tanınan "LockBit" haker qrupuna qarşı əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunub ki, əməliyyatda 11 ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Qrupun "ransomware" yaymaq üçün istifadə etdiyi 11 min domen adı ələ keçirilib.

Əməliyyatın məqsədi "LockBit" haker qrupunu sıradan çıxarmaq olub.

Bildirilib ki, "LockBit" hakerləri kompüterlərindəki faylların kilidini açmaq üçün zərərçəkənlərdən pul tələb edən "ransomware" viruslarından istifadə edirdilər.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, "LockBit"in iştirakı ilə ABŞ-da və bütün dünyada 1,4 mindən çox kiberhücum həyata keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Noyabr 2024

16 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR