İnsanlara hürriyət, millətlərə istiqlal!

100 metri 21 saniyəyə qaçan atletə görə Somalidə qalmaqal baş verib

Bu il Çində keçirilən Yay Universiadasında qadınlar arasında 100 metr məsafəyə qaçışda Somalidən olan idmançı Nəsra Abukar zəif nəticə göstərib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki,məsafəni qət etmək üçün idmançı 20 saniyədən çox (21,81 s) vaxt sərf edib və qalibdən 10 saniyə geri qalaraq sonuncu olub.

Belə bir çıxışdan sonra Somalinin idman naziri açıq şəkildə üzr istəyib, həmçinin Atletika Federasiyasının sədri Hadi Aden Dahiri işindən uzaqlaşdırıb. Bu qərara qaçışçı Abukarın bir məmurun qohumu (ehtimal ki, qardaşı qızı) olması və məhz qohumluğuna görə yarışa göndərilməsi ilə bağlı şayiələr səbəb olub.

Daha sonra Somali Universitet İdman Birliyi Çinə heç bir sprinter göndərmədiyini bildirib.

Çenqduda (Çin) 2021-ci ilin avqustunda keçirilməli olan Yay Universiadası koronavirus pandemiyası səbəbindən əvvəlcə 2022-ci ilə, sonra isə 2023-cü ilə təxirə salınmşdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR