İnsanlara hürriyət, millətlərə istiqlal!

“10 yaşımdan pul qazanmağa məcbur oldum” - VİDEO

Xanəndə Mirələm Mirələmov uşaqlıq illərinə qayıdaraq həyat hekayəsindən söz açıb.

Bu haqda 36 yaşlı sənətçi qonaq olduğu “Gün ortası” verilişində danışıb.

M.Mirələmov bildirib ki, ailəsinə maddi dəstək olmaq üçün 10 yaşından çalışmaq məcburiyyətində qalıb:

“Uşaqlıq yaşlarından işləməyə başladım. Beləcə evə maddi dəstək edirdim. 10-12 yaşım vardı. Bu yaşıma rəğmən çəkdiyim o yükü başa düşürdüm. Mənim üçün xoş olub. Əsas valideynlərimə az da olsa öz gücümlə maddi köməklik etmişəm. O zamanlar mən oxumurdum. Oxumağın nə olduğunu tam dərk etmirdim. Musiqili məktəbə gedirdim və onunla bərabər o işləri görürdüm. O zaman bunları dərk edib-etmədiyimi bilmirdim. Ruhən və cismən bu işi görmək məcburiyyətində idim. Artıq 11 yaşımda düşüncə olaraq böyüdüm”.//Olay.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR