İnsanlara hürriyət, millətlərə istiqlal!

10 müəllimə “atan” 2 müəllim hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə Cəbrayıl Qəmbərov və Zaur Mustafayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan hər iki şəxs müəllimdir.

Cəbrayıl Qəmbərov Bakı Biznes Universitetində, Zaur Mustafayev isə 116 saylı orta məktəbdə müəllim işləyib.

Müəllimlər külli miqdarda dələduzluqda ittiham olunur. Cinayət işi üzrə 10 nəfər zərərçəkən var.

Müəllimlərin cinayət dosyesi ilkin olaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İlkin araşdırma zamanı üzə çıxıb ki, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid deyil. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işində ümumi ziyanın miqdarı 200 mindən çoxdur.

Təqsirləndirilən şəxslər zərərçəkənlərə orta məktəbə müxtəlif ixtisaslar üzrə müəllim vəzifəsinə işə düzəldəcəkləri barədə yalan vəd veriblər. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi oktyabrın 1-də davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR