Onlayn ictimai-siyasi qəzet
Yeni nazirlərimizdən biri iftara dəvət etmişdi.
Bir neçə KİV rəhbəri, ekspertlər və nazirin komandasının gənc üzvləri bir arada idik. Adlarımız yazılan tabelalar öncədən masaya düzülmüşdü.
Oruc tutan redaktorlarla oruc tutan nazirlik işçilərinin sayları bərabər olardı. ''Bismillahımız'' da bərabər oldu.
Gözəl bir ortamdı. Səmimi bir mühit vardı.
Planlarından və hazırladığı islahatlar paketindən danışan, həm də çox yaxşı cümlələr quraraq danışan yeni və dinamik nazir. Onun qarşısında və yan yörəsində oturan, neçə nazirlər, iqtidarlar yola salan, formasiyalar ''devirən'' təcrübəli redaktorlar…
Bizlər mətn mütəxəssisləriyik, kimin ağzından səsli olaraq nə çıxırsa, iki-üç cümlə sonra onlara dərhal başlıq qoyuruq, xəbər düzəldib, içimizdəki yaddaş ''faylı''n atırıq; bəlkə heç çap etmirik, sayta vermirik, amma bütün bunlar peşə xəstəliyidi, ayrı cür bacarmırıq; düzgün danışan olmayanda isə, ağzından tökülən ritmsiz mətni fikrən redaktə edirik, pis danışan olanda içimizdə gülürük...
Bir neçə saat öncə Prezidentin təyin etdiyi yeni nazirlərdən biri ilə uzun sürən yeməkli söhbətdə də çox güldük.
Lakin nazirin, onun Avropa və Amerikada oxuyub, vətənə dönmüş komanda üzvlərinin anlatdıqlarına, danışıqlarına yox. Onlar çox gözəl, sərrast və inandırıcı, arqumentli danışırdılar. Biz sanki Azərbaycan türkcəsində virtuoz danışan Qərbli məmurlarla oturub, yemək yeyir, polemika aparır, fikir mübadiləsi edir, bəzən də zarafatlaşırdıq. Bax, gülüşlərimiz bu mərhələyə aid idi. Redaktorların replika və anektodları, ortamın şən və səmimi olması müzakirə olunan sahə mövzularına bir rəng qatmışdı.
Biz uzun illərdi belə məmur, belə nazir modeli istəyirik! İçində demokratiyanı iman kimi daşıyan dövlət adamlarının iqtidarda olması demokratiya ideologiyasının iqtidar olmasından daha vacibdi,. Belə məmuru, belə dövlət adamı çox olan ölkənin gələcəyi var, belə kursun gələcəyi var, belə kursu aparan siyasi hakimiyyət dünyadakı və regiondakı vəziyyəti dəyərləndirib və idrak edib, özünü və ölkəsini ona uyğunlaşdırır, deməkdir.
Və bütün bunlar eyni ilə ASAN xidmətin müəllifi olan, onu Azərbaycana və regiona dəyər kimi gətirən siyasi iradənin yaxın və uzaq gələcəyə dair hədəflərini göstərir.
Demokratiyanın ixracı yox, demokratik əxlaq sahibi olan məmurların iqtidara daşınması, orada sürətlə çoxalması, onların iqtidarda komandalaşması…
Məncə, bildiyimiz və sevdiyimiz ASAN Xidmət var ya, onu hakimiyyətin bütün sahələrinə gətirir, ya da bunu istəyir Prezident. Olsun ki, oliqarxların və oliqarxiyanın iqtidardan düşürülmə prosesinin son pərdəsini yaşayırıq. Bu mərhələ yekunlaşır. Yeni və Qərb standartlı, milli təfəkkürlü, nisbətən gənc bir heyət gəlir. Onlardan biri ilə yeməkli söhbətdən də oxuduğunuz bu fikirlər doğdu…
Zehni para toplamaq, dövləti talamaq, tayfa mafiyası qurmaq yox, sahəsini qabağa aparmaq, fərqlənmək, xidmət göstərmək, islahatlar aparmaq olan məmur tipi! Ölkə bu modelə möhtacdı.
Bir Ramazan axşamında bir yeni nazirin verdiyi iftar süfrəsində gəldiyim qənatlərin bir qismi beləydi, onları sizinlə bölüşdüm.
Sonda iki qeydim var.
Birincisi, özü ilə razılaşdırmağı unutduğum üçün yeni nazirin adını və sahəsini yazmıram.
İkincisi, yazıda ''ASAN'' istinadları oldu, ona görə yazım, aydınlaşsın, bizimlə iftardakı nazir İnam Kərimov deyildi.
Lakin günlərin birində İnam bəydən də bu cür dəvəti gözləyirik...
27 Iyul 2024
22 Iyul 2024
31 May 2024
03 Mart 2024
26 Fevral 2024
25 Fevral 2024
21 Fevral 2024
09 Fevral 2024
27 Yanvar 2024
14 Yanvar 2024
10 Yanvar 2024
24 Dekabr 2023
27 Oktyabr 2023
23 Oktyabr 2023
17 Oktyabr 2023
28 Sentyabr 2023
19:54
Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər... - Rauf Arifoğlunun yazısı
13 Sentyabr 2023
05 Sentyabr 2023
30 Avqust 2023
21:10 Parisin meri Gorusa niyə gəldi? "Fransız əsilli ermənilər" Ağdam yolunu bağlada bilərmi? VİDEO
22 Iyul 2023
18 Iyun 2023
03 Aprel 2023
29 Mart 2023
16 Mart 2023
19 Fevral 2023
15 Fevral 2023
10 Noyabr 2022
09 Noyabr 2022
28 Oktyabr 2022
ŞƏRHLƏRŞƏRH YAZ