Onlayn ictimai-siyasi qəzet
Dünən “Od çərşənbəsi”ydi.
Yurduma bir başqa cür gəlir bu yaz. Müşfiqin ruhu şad olsun! – Elə bil bu yaz üçün yazıb:
“Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır”!
Bəli, yеnə o bağ olacaq, yenə yığışaraq siz, o bağa gələcəksiz... Yox, bu səfər bir dəfəlik köçəcəksiz o bağa!..
Siz heç anlamına təfərinc olmusunuzmu – bilmirəm; böyük bağımızı qeyri-müəyyən dağlıq kimi qələmə vermişik uzun illər boyu: DAĞlıq QaraBAĞ!.. Daha “Dağlıq Qarabağ” yoxdu! QaraBAĞın dağı da var, aranı da! Qarabağ dağıyla, aranıyla, suyuyla, biçənəyiylə, anrısıyla-bərisiylə bizimdir!
Dağla bağın ilk baxışdakı təzadı öz yerində, bir də Dədəm Qorqudun öyüdü var axı: “Bağa baxarsan bağ olar, baxmazsan, dağ olar”... Bu ata sözündəki “dağ”ı istər “daş-kəsək yığını” yaxud “yüksəklik” anlamında, istərsə, yara, dərd (dağ çəkmək, dağlamaq) anlamında başa düşək – bizim misalda mahiyyət dəyişməz. İşğalçılar, işğaldan ötə vandallıq törədən haylar əlləri, gücləri yetdiyincə, bağımızda, dağımızda tutar qoymamışdı. Flora-fauna adına nə var talayıblar; Azərbaycan, Türk-İslam adına nə var viran qoyublar... İndi-indi təbiət təbiətliyinə, iqlim iqlimliyinə, yurd öz yurdluğuna qayıdır, özünə gəlir... Qarabağa insanlıq qayıdır, mədəniyyət qayıdır! Qarabağ Azərbaycana Günəş kimi doğur! “Bu yaz bir başqa yazdır”!
Dünən “Od çərşənbəsiydi”...
Xocalıda, Xankəndidə tonqallar qalanmışdı dünən.
Dünən, sırağagün Ermənistan və böyük bacısı yenə şivən qoparmışdı, bəs, deməzənmi, Azərbaycan ha bu gün-ha sabah hücum edəcək...
İşə baxın bir: üç on il boyu sənin torpağını işğalda saxlayanlar, illər uzunu qondarma rejimin özünümüdafiəsi aldatmacası ilə çıxış edirdi, indi 29,8 min kv.km boyunca özünümüdafiə moduna girib, “ağıllı-ağıllı” sülhdən, ərazi bütövlüyündən dəm vurur... Adama deyərlər, salam-əleyküm! – Bəs bizim üç on il boyu pozulan hüquqlarımız, itirdiklərimiz heç nə olmamış kimi necə sıfırlansın?.. Unutmaq, sıfırlamaq bunca qolay işmi? Bəs o boyda dağıntının, talanın-viranın hesabı-kitabı olmayacaqmı, deyirsiniz?..
Bəlkə Xocalı Soyqırımını rəsmən tanımısız bizim xəbərimiz olmayıb? Ədalət məhkəməsi qurulmasını gözləmədən belə, təzminat ödəməyə hazır olduğunuzu nümayiş etdirmisiniz bəlkə?
Ya bəlkə mina xəritələrini, formulyarları dəqiqliklə və son vərəqinədək vermək bir yana, minaaxtaranlarınız könüllü xidmət təklif edib bizə?..
Suallar çoxdur, ritorikası sualların özündən də çox...
Dünən “Od çərşənbəsiydi”...
Azaraq qarşı tərəfə keçmiş əsgərimizi qaytardılar.
Dünən “Od çərşənbəsiydi”...
Daha bir gözəldən gözəl xəbər yayıldı dünən: qondarma rejimin “parlament” binası söküldü! - Ah, nə mübarək əldir o söküntü işini aparan kranının qolunu işlədən, valını fırladan əl!
Dünən bir başqa gündü...
Hərçənd “META”nın sosial media platformalarında keçici problemlər yaşandı...
Dünən öz yerində, biz dünəndə qalmırıq, dünənin gözəlliklərini bugünə, sabaha daşıyırıq! Bugündən sabaha uzanan qollar və yollar var olsun!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
26 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ