İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin yanında, Rusiyanın qarşısında...


Türkiyəmizin yanındayıq. 

Canımızla, ruhumuzla, dualarımızla. Türkiyə Azərbaycan deməkdi, Vətən deməkdi; Vətənə sevgidə, dəstəkdə şərt ola bilməz, tərəddüd heç olmaz; Rusiya ilə müqayisə, "...bəlkə də" kəlməsi ümumiyyətlə ayıb. Burada tərəf Türkiyə və Rusiya deyil ki. Biz özümüzük tərəf, bir də Rusiya...  

Bizim hava sərhədlərimiz İran təyyarələri tərəfindən pozulanda nələri yaşadıq, millət və toplum olaraq! Necə əzildik; balacalandıq. İran rejimi bizi alçaltmışdı; kiçiltmişdi, hədələmişdi, qürurumuzu əzmişdi...

Xatırlayan varmı? Türk Şahinləri gəldi, Göyümüzdə uçdular; əzinikliyimiz keçdi, böyüdük, dirçəldik, Meydanlara çıxdıq, türk olmağın ayrıcalığını yaşadıq; arxamızda Türkiyə kimi dövlətin, bir varolma Qarantiyasının mövcudluğunu qəbullandıq və sevindik...

O gün Azadlıq Meydanı nə gözəldi. O gün qarşımızdan gələn İnsanımız necə də möhtəşəmdi, doğma idi, böyükdü, inamlı idi...

Bunu bizə Türkiyə yaşatdı. Çünki Türkiyə qeydsiz-şərtsiz, hər zaman Azərbaycanın yanındadır. Bir çoxumuzun sevmədiyi, tənqid etdiyi Ərdoğan hökuməti nə zaman Azərbaycanın arxasından qaçdı ki? (2009-dan, fraqmental bir yanlışlıqdan sonra belə bir tərəddüd heç olmadı ki...)



İndi informasiya və döyüş cəbhəsində Türkiyə ilə Rusiya üz-üzə gəlib. Ortadakı durum heç ürəkaçan deyil. İstəmədiyimiz bir səhnə. Rusiya ilə Türkiyənin dost olması bizim də işimizə yarayır. Bu dostluqdan Türkiyə, Türk milləti də faydalanır. Lakin ruslar artıq Türkiyəyə meydan oxuyursa, sərhədlərini pozursa, onu kiçik düşürməyə çalışırsa, canı canımızdan, qanımızdan olan Suriya Türkmənlərini, bizim kimi, Bayat Boyundan olan soydaşlarımızı qətlə yetirirsə, bunun cavabı olmamalıdırmı? Buraxsınlar, Türkiyənin, onun Silahlı Qüvvələrinin reputasiyasını yerlə-yeksanmı etsinlər. 

Türkiyə mütərəqqi dünyanın və türk ulusunun hamısının adından Rusiyaya , onun hər gün artan imperiya ambisiyasına bir dərs verdi. Ağzının üstündən balaca bir şillə vurdu. Əmin ola bilərsiniz, bundan belə Rus uçaqları Türkiyə sərhədini pozmayacaq, özlərinə çəki-düzən verəcəklər. 

Bakıdakı "rus uşaqları" var ha, Türkiyəyə qarşı yazan, danışan vətəndaşlarımız; bizim cəmiyyət də onların ağzının üstündən bir tərs şillə ilişdirməlidir. 200 ildir Azərbaycana ancaq pisliklər etmiş bir imperiyaya hər hansı yolla haqq qazandıranlar bizdən deyil, bizə qarşıdır, indiki və gələcəkdəki xəyanət çetesidir. 

Əminəm ki, Azərbaycan xalqı hər zaman olduğu kimi, bu dəfə də Türkiyənin yanında olduğunu bir bütün halında sübut edəcək. 

Qanı-canı, ruhu və duaları ilə. 






ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022