İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbriz, Ərdəbil üçün susmadıq – İlham Əliyevin “bütün azərbaycanlıların Prezidenti” olduğunu göstərən addım

Azərbaycan Respublikasının İsrailə ünvanladığı növbəti müraciət – təkcə bir xəbər yox, İlham Əliyevin Prezidentlik fəlsəfəsinin növbəti canlı təcəllasıdır.

İyunun 19-da yayılan məlumata görə, Azərbaycan dövləti müxtəlif kanallar üzərindən İsrail tərəfə növbəti dəfə müraciət edib: İran ərazisində azərbaycanlılar yaşaya yerlərə, bu dəfə, özəlliklə də Ərdəbilə zərbə endirilməsin. Bu müraciət sıradan diplomatik jest deyil – geosiyasi diplomatiya ilə milli məsuliyyətin üzvi şəkildə qovuşduğu strateji addımdır.

Bu hadisəni yorumlamaq üçün klassik “nə baş verib?” sualı yetərli olmaya bilər. Əsas məsələ “niyə belə addım atılıb?” və “nəyi təmsil edir?” suallarına cavab axtarmaqdır. Və bu cavablar bizi Azərbaycanın ali rəhbərliyinin uzunmüddətli siyasət fəlsəfəsinə – İlham Əliyev məktəbinə aparır.

İlham Əliyevin Prezidentlik fəlsəfəsi coğrafiyadan böyük məsuliyyəti ifadə edir.
O, hələ ilk Prezidentliyi dönəmində səsləndirdiyi bir fikri sonra illərlə strateji xətt kimi qorudu, yəni:
Mən bütün azərbaycanlıların Prezidentiyəm!

Bax, bu cümlə yalnız ritorik çağırış deyildi – onu diaspor diplomatiyasında, dünyanın dörd yanındakı soydaşlarla bağlı hadisələrdə, türk xalqlarının birliyi platformalarında ardıcıl şəkildə həyata keçirdiyini görürük. Təsadüfi deyil ki, TDT Zirvələrində dəfələrlə yalnız üzv dövlətlərdə yox, TDT-yə üzv olmayan ölkələrdəki azərbaycanlıların (ümumən soydaşların, həmvətənlərin) hüquqları da Azərbaycanın siyasi gündəminin bir hissəsinə çevrilib.

Bu baxımdan, Təl-Əvivə yönələn yeni müraciət, “Dövlət xalq üçündür” (Heydər Əliyev) fəlsəfəsinin (Ata vəsiyyətini uğurla yerinə yetirmiş) İlham Əliyevin xarici siyasətdəki növbəti təntənəsidir. Burada məsələ yalnız İrana zərbə endirilməsi deyil – o zərbənin altında qalan azərbaycanlı soydaşlarımızın taleyidir. Biz barış, anlaşma tərəfdarıyıq; biz heç bir günahsız insanın – özəlliklə də soydaşlarımızın – ən kiçik zərər görməsini belə istəmirik.

Azərbaycan–İsrail münasibətləri uzun illərdir açıq diplomatik jestlərdən daha çox strateji təmkinlə formalaşır. Bu bağlar enerji təhlükəsizliyi, hərbi-texniki işbirliyi, kəşfiyyat tərəfdaşlığı və ticarət sahələrində önəmli yer tutur. Amma bu təmkinlilik, Bakının Təl-Əviv qarşısında tərəfsiz və prinsipial mövqe tutmasına mane olmur.

Əgər İsrailin zərbələri nəticəsində bir iranlı ölərsə – məsələ siyasi gərginlikdir, təbii. Sövq-təbii, bir azərbaycanlı mülki şəxs həyatını itirərsə, bu, artıq milli məsələdir. Azərbaycan dövləti bu fərqi çox incə diplomatik dildə ifadə edir – təzyiqsiz, təhdidsiz, amma prinsipial və ardıcıl şəkildə.

Bu həm də bölgəsəl dəngəni qorumaqdır - İranla bağların zərif həndəsəsi hər kəsə bəllidir zatən.

Azərbaycan Respublikası İranla münasibətlərdə daim diqqətli davranıb. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun ərazisi üçüncü ölkələrə qarşı istifadə edilməyəcək və edilmir də! Bu, bir Azərbaycan dövlətçilik ədəb-ərkanı, ləyaqətidir. Yetkililərimiz bunu həm İranla təmaslarda, həm də uluslararası tribunalarda dəfələrlə ifadə edib.

İndi İsrailin İrana qarşı mümkün zərbələri fonunda Azərbaycan bir daha bölgədəki zərif güc dəngəsini qorumağa çalışır:

-İsraillə hərbi əlaqələr pozulmur;
-İranla diplomatik pəncərə bağlanmır;
-Amma hər şeydən öncə mülki azərbaycanlıların həyatı diqqətə alınır.

Bu hadisə həm də İlham Əliyevin Prezidentlik modelindəki mədəni diplomatiya və mənəvi siyasət anlayışını xatırladır. Dövlət təkcə sərhəd içində olan vətəndaşların deyil, ulusun harada yaşamasından asılı olmayaraq, onun mədəni varlığının qorunması üçün məsuliyyət daşıyır.

Ərdəbil – Azərbaycanın, necə deyərlər, ruhi-mənəvi qəlbidir. Təbriz – mədəniyyətin, dilin, milli mənliyin tarixi, rəmzi ocağıdır. Tehran özü də soydaşlarımız tərəfindən salınmış və əhalisinin yarıdan çoxu azərbaycanləlardan oluşan iri paytaxt şəhərdir. Bu torpaqlarda yaşayan azərbaycanlıların həyatına təhdid varsa, Bakı susa bilməz – və susmur!..

Beləliklə, İlham Əliyevin rəhbərlik modeli bu hadisədə də özünü göstərir – sakit, lakin prinsipial diplomatiya, mərkəzi mövqe, milliliklə beynəlmiləlliyin birliyi və s!.. Azərbaycan nə müharibə tərəfidir, nə də erkən sülh romantizminə qapılıb. Azərbaycan dövləti öz ulusunun taleyini hər şeydən üstün tutan rəsmi mövqeyi daşıyıcısıdır.

Bu səbəbdən, İsrailə edilən növbəti müraciət təkcə bir xəbər yox, İlham Əliyevin Prezidentlik fəlsəfəsinin canlı davamıdır. Və bu fəlsəfənin mahiyyətində – harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyinə dövlət məsuliyyəti ilə yanaşan Yanar Ürək dayanır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyul 2025

29 Iyun 2025

27 Iyun 2025

26 Iyun 2025

22 Iyun 2025

19 Iyun 2025

04 Iyun 2025

28 May 2025

21 May 2025

19 May 2025

11 May 2025

08 May 2025

30 Aprel 2025

29 Aprel 2025

26 Aprel 2025

25 Aprel 2025

24 Aprel 2025

21 Aprel 2025

17 Aprel 2025

12 Aprel 2025

09 Aprel 2025

31 Mart 2025

29 Mart 2025

27 Mart 2025

20 Mart 2025

08 Mart 2025

06 Mart 2025

05 Mart 2025

01 Mart 2025

28 Fevral 2025