İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada bayrağımızı dikəldən Ali Baş Komandana

Şuşada bayrağımızı dikəldən Adamın - Ali Baş Komandanın yubileyidir!

Təkcə son 15 ayda elə nəhəng işlərə imza atdı ki!

26 sentyabr 2020-ci ilə qədər onu qəbul etməyənlər, tanımayanlar, hətta sevməyənlər... dəyişdilər!

O deyil, ona münasibət dəyişdi.

Özü də təkcə Azərbaycanda yox.

Bütün dünyada!

Həm də təkcə ona yox!

Azərbaycana, bu ölkənin xalqına!

...Taleyimizdə bir Vətən müharibəsi varmış!

Millət olaraq bir sınaqdan keçməliymişik!

İmtahan ağır şeydir...

Bədəli var.

Qanla, canla ödədik!

3000 Şəhidimizin, 10 minlərlə Qazimizin Ali Baş Komandanı!

Onun döyüş tapşırığı, müharibə əmri ilə qan töküb, torpaq aldı əsgərlərimiz!

İlham Əliyev Vətən müharibəsinin iki əsas qəhrəmanından biridir!

Azərbaycan xalqı və o...

İkisini də müharibədə gördük, yenidən tanıdıq, yenidən sevdik...

Qarabağın qurtuluşu uğrunda savaşın Ali Baş Komandan, milli-siyasi həmrəyliyin, səfərbərliyin, zəfərin memarı! 

Son 15 ayda:

Hərbi komandan kimi erməni ordusunu darmadağın etdi!

BMT-nin 4 qətnaməsini kənardan dəstək almadan, öz xalqı və ordusu ilə həyata keçirib, 7 rayonumuzun azad olunmasını təmin etdi.

Dünya ermənizminin "artsax" kod adlı ikinci erməni dövləti layihəsini bitirdi!

Azərbaycanın yaratdığı yeni status-kvonu öncə Rusiyaya, sonra Qərb dünyasına, hətta Çin Xalq Respublikasına qəbul etdirdi.

Qarabağı müharibə meydanından inşaat meydançasına çevirdi!

Türkiyəni və Türk Ordusunu 102 il sonra Güney Qafqaza qaytardı!

Erməni texnikası kimi ATƏT-in Minsk Qrupunu da yararsız hala saldı.

Erməni iddialarına və erməni yalanlarına, 100 illik informasiya savaşına qalib gəldi!

"Erməni genosidi"ni, torpaqlarımızda qurulan qanunsuz qurumun "status" amilini gündəmdən çıxardı!

Ermənistanı Türkiyə qapısını döyməyə vadar etdi!

Dünyanın nəhəng güclərinin belə çəkindiyi iki böyük qonşumuzu Azərbaycanın müttəfiqinə, iş ortağına çevirdi...

"3+3, "2+2" formatlarını qurdu və onları diplomatik zəfərimiz statusuna yüksəltdi.

Milli maraqlarımızın düsturlarıdır bu formatlar!

"Zəngəzur dəhlizi" xəyalını gerçəkləşdirmək yolunda geridönülməz proseslər başlatdı!

Bir ülküdaşımız kimi Yeni Turan quruculuğunda yürüdü!

"Şuşa bəyannaməsi"ndəki, Türk Dövlətləri Təşkilatındakı qurucu imzası 100 illik böyük prosesin özülü oldu!

Azərbaycana və Türk Dünyasına son 15 ayda verilən töhfələr son 150 ildə verilməmişdi, mümkün olmamışdı!

Azərbaycan insanı o möhtəşəm 44 gündə və son 15 ayda çox dəyişdi; hədəflərimiz və istəklərimiz böyüdü!

Qələbəni ölümsüzlük iksiri kimi daddıq!

Bizim xəyal etdiyimiz, şəninə şərqilər qoşduğumuz, məqalələr, kitablar yazdığımız günləri onunla yaşadıq!

Yaşayırıq!

"Qızıl alma"ya doğru illərdir yürüyürdük.
QaraBağdaymış, sən demə...

İlham Əliyev 27 sentyabr-8 noyabr Azərbaycanının müəllifi kimi də tarixə düşdü.

50 milyonluq böyük bir xalqın halal torpaqlarının Qarabağ adlı parçasını müharibə ilə geri qaytaran şanslı dövlət başçısı, müzəffər komandan oldu!

Ən nəhayət, 60 yaşı gəncləşdirən soydaşımız, qardaşımız!

Vətən müharibəsinin baş qəhrəmanı!

Bu gün onun doğum günü!

Qutlu olsun!

Ondan gözləntimiz çoxdur!

Uzun, sağlam, bərəkətli ömür arzu edirik!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022