Onlayn ictimai-siyasi qəzet
Əziz və dəyərli qardaşım, ilahiyyatçı-alim Hacı İlqar İbrahimoğlunu 45 yaşının tamam olması münasibəti ilə təbrik edirəm.
15 illik bir dostluğumuz var. Bərabər ağır günləri və həbsxanaları adlatdıq. Sonra bir müddət bərabər müxalifət düşərgəsinin qurduğu İctimai Palata modeli ilə, siyasətin mərkəzində olduq.
O, hər zaman və hər bir situasiyada ərdəmini, prinsiplərini, dürüstlüyünü və soyuqqanlığını qorudu. Onu bu cür situasiyalarda müşahidə etmək həm də maraqlı idi - inanclı, gənc və həm də oxumuş (yüksək intellektli) azərbaycanlı, bir imam-camaat özünə seçdiyi yol uğrunda mübarizədə, mürəkkəb siyasi fəaliyyətdə necə ola bilər sualının möhtəşəm modeli İlqar İbrahimoğlunda sintez bulub.
O, yüksək manevr və kompromis ustasıdır. Bilikləri dərinlərə dayanır - həm Qərb, həm Şərq, həm də Rusiya (nə Qərb, nə Şərq) qaynaqlarından aldığı bilğilər onu bir fərqli qılır. Ölkədə tək-tük insanlar tanıyıram ki, onun kimi çoxçeşidli mütaliəsi və öz üzərində davamlı çalışması olsun. Azərbaycan siyasətinin ən yüksək simaları ilə müzakirə və mübahisələrdə heç uduzduğunu, zəif qaldığını görmədim. Doğrudur, bəzən mübahisələrdən yayınar da - səbəbsə opponentin arqument yerinə səsindən daha çox istifadəsi olar; lakin kənardan baxan hər kəs o fərqi və əsaləti görər...
Hacı İlqar İbrahimoğlu
Dini bilikləri isə mübahisə doğurmayacaq dərəcədədir; qiymət vermək həddimiz deyil, - lakin dostumuz olan ilahiyyatçı alim özünün yüksək olduğu bir sahədə də heç zaman çevrədəkilərə müəllim ədası ilə bilgi verməz. Bildiyini və fikir kəşflərini elə təqdim edər ki, sanki bunu elə hər kəs bilər, hər kəs yaradar...
Onunla bir nahar edərsən, dünyaya yeni pəncərələr açıb, süfrəyə sərər, baxıb-baxıb heyran qalarsan o pəncərələrdən açılan mənzərələrə...
O, bütün zamanlar üçün Azərbaycan adına üzə çıxarıla biləcək din xadimidir.
Ölkəmizə belə ruhanilər lazım. Xurafat yox, elm yayan, təhsilə təşviq edən, söhbəti ilə çevrədəkilərə mənəvi ziyafət verən bir ruhani...
Şəhidlər Xiyabanını Kərbala bilən, İmam Hüseyn müsibətinin anılarını (uğrunda 10 minlərlə şəhid verdiyimiz) bayrağımızın kölgəsində və şəhidlərimizin müqəddəs məzarıları önündə keçirdən, 1400 illik o böyük məktəbin Azərbaycanda hələ də davam etdiyi mesajını dünyaya yayan dəyərli, intellektual bir İmam-camaat...
Ölkəmizdəki tolerant dini mühitin daha da sağlamlaşması, təriqətçiliyin boy göstərməməsi üçün canı və qələmi ilə hər zaman çalışan inanclı və vətənpərvər bir vətəndaş...
Gözəl ailə başçısı, gənc və istiqanlı baba...
Bu adam mənim Dostum.
Bu adam İnsan və Yaradılmış olan hər kəsin Dostu! O, sizin Dostunuz!
Yubileyi və Doğum günü qutlu olsun, Dostumuzun!
27 Iyul 2024
22 Iyul 2024
31 May 2024
03 Mart 2024
26 Fevral 2024
25 Fevral 2024
21 Fevral 2024
09 Fevral 2024
27 Yanvar 2024
14 Yanvar 2024
10 Yanvar 2024
24 Dekabr 2023
27 Oktyabr 2023
23 Oktyabr 2023
17 Oktyabr 2023
28 Sentyabr 2023
19:54
Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər... - Rauf Arifoğlunun yazısı
13 Sentyabr 2023
05 Sentyabr 2023
30 Avqust 2023
21:10 Parisin meri Gorusa niyə gəldi? "Fransız əsilli ermənilər" Ağdam yolunu bağlada bilərmi? VİDEO
22 Iyul 2023
18 Iyun 2023
03 Aprel 2023
29 Mart 2023
16 Mart 2023
19 Fevral 2023
15 Fevral 2023
10 Noyabr 2022
09 Noyabr 2022
28 Oktyabr 2022
ŞƏRHLƏRŞƏRH YAZ