İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasətdəki Yezidə İmam Hüseyn aşiqindən açıq məktub - Rauf Arifoğlunun yazısı

Son 5 ildə qatıldıqları 4 seçkidən sıfır nəticə alan bir partiya və lider təsəvvür edin. Ortaya düşüblər, dəli kimi sevinirlər. Yeyib-içirlər... “Ümidlənirik”, deyirlər. Nədir-nədir, mənim nəticəm üçün ərizə yazıb, onun ləğv olunmasına nail (bais) olublar. Bunlara elə gəlir. Ağılları belə kəsmir ki, gedən proses nədir...

Ortada yalanlar uçuşur - bir saxtakar, bir ajan, bir pataloji yalançı ictimai rəyi manipulyasiya edir, haqqımızda ağzına və ağlına gələni danışır.

Təhdid, şantaj, vicdansız və vicdanlı yalanlar...

Rüşvət verib, seçkiyə klon namizəd gətirən, məntəqə üzvlərini rüşvətlə ələ alan, zamanında azacıq dara düşəndə,  içi mən qarışıq bütün dostlarını satan, türmədən alverlə çıxıb, 3 sezon anlaşmalı deputat olan birisi indi müqəddəs ata obrazındadır. Dəyərdən danışana bax. Kişilikdən dəm vurana bax. Məni yazı yazmaqla təhdid edir. Səndən kitabım var, adam. Türmədə yazdığım, sənə görə çap etmədiyim... Unutmusan?

(Adam bir dəfə ifadə verib, məni tutdurub, buna görə 17 ay yatmışam... İşverənliyi dayanmır ki, dayanmır...)

Bakıda olmadığım bir tarixdə guya mənimlə görüşən, 3 kişinin arasında olan anlaşmalı söhbəti həyasız təhriflə efirə püləyən, iki efir müddəti qədər yalan, yalan, yalan və yalan söyləyən donqili “lider”!!!

Bütün Azərbaycan səni “layk” eləsin, mənə vız gələr. Xarakterimi bilirsən axı. Hədələmə, təhdid etmə. Yazdım axı, səninlə işim yoxdu. Daha öncəliyim deyilsən, mən öncəliklərə baxaram, keçmişlərə deyil. Nədən qorxursan, niyə narahatsan, bilmirəm. Qorxma, mən sənin kimi deyiləm, namərd və pis işlərə bulaşdırmam özümü. Səni qorxduğun yerlərdən vuran mən deyiləm!!! Mən nə edirəmsə, aşkarda edirəm. Açıq edirəm!!!

Seçki bitib, get yaralarını sarı, get aldatdığın adamlara cavab ver. Sıfır nəticəni bayram etməyi və məni hədələməyi yığışdır.

Təkrar seçkilərdə 35-ə gəlsən, o zaman mövzuya və sənə qayıdarıq.

P. S.  “Ona Kərbəla müsibətini yaşadacam”, dedi. Bunun nəzərində 35-ci dairə Kərbəla imiş və mənə - bir İmam Hüseyn aşiqinə burada Kərbəla müsibəti yaşadırmış... Canlı yayında mahiyyətcə Yezid olduğunu, ona biət etdiyini etiraf etdi, heç fərqinə də varmadan!!!

Yezidə və yezidliyə lənət...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022