Onlayn ictimai-siyasi qəzet
Türkiyədə keçirilən və bu ölkəni yeni sistemə keçirən seçkilər tamamlanıb. Musavat.com xəbər verir ki, səslərin nəticəsinə görə, Rəcəb Tayyib Ərdoğan böyük səs çoxluğu ilə (52 faiz) Yeni Türkiyənin ilk cümhurbaşkanı (prezidenti) seçilib. Məsələnin ən önəmli tərəfi budur ki, seçkilər ilk turda yekunlaşıb və Türkiyənin ikinci tura, bununla da siyasi böhrana girəcəyini gözləyənlərin xəyalları puç olub.
Azərbaycan da bu seçkiləri həyəcanla və yaxından, anbaan izləyib. Sosial şəbəkələrdəki azərbaycanlılar Türkiyədə paralel olaraq prezident və parlamenti seçən bu seçkiləri o qədər tərəfdaşlıqla izləyirdilər ki, sanki seçki onların öz ölkələrində keçirilirdi. Bu atmosfer siyasi düşərgələrdə də var idi. Təsadüfi deyil ki, Türkiyənin yeni prezidentini ilk təbrik edən də Azərbaycandan oldu - prezident İlham Əliyev.
Hər şey Türkiyə üçün yaxşıdırsa, təbii ki, Azərbaycan üçün də yaxşıdır. Bu baxımdan, böyük bir siyasi kampaniyanı uğurla başa vuran Türkiyə Cümhuriyyəti dövlətini, qardaş türk xalqını təbrik etmək lazımdır.
Prezident seçkisi ilə paralel keçirilən parlament seçkisinin də nəticələri maraqlı olub. İlk açıqlamalarında R.T. Ərdoğanın özünün də dediyi kimi, məhz bu məsələdə iqtidardakı AK Partiya məqsədə çata bilməyib. Lakin Azərbaycan və bizim ‘’Yeni Müsavat’’ Media Qrupumuz üçün önəmli partiyalardan biri - MHP yeni dönəmin və Cümhur İttifaqının kilid partiyasına çevrilib. Böyük siyasətçi və dövlət adamı olan Dövlət Bahçeli özünün gediş və manevrləri ilə həm Türkiyəni, həm də MHP-ni siyasi krizislərdən çıxardaraq, bu seçkilərin əsas qəhramanlarından biri olmağı bacardı.
Təbii ki, burada əsas qəhrəman Tayyib Ərdoğandır. Bu fenomenal şəxsiyyət, böyük və güclü lider növbəti dəfə bütün rəqiblərini - bu dəfə də həmin rəqiblərin arxasında duran xarici güclərlə bərabər, məğlub etməyi və iqtidarda qalmağı bacardı. Hansı ki bu faktın özü - Tayyib Ərdoğanın iqtidarda qalması Türkiyənin və türk xalqının böyük təlatüm, parçalanma və təlatümlərdən qorunması deməkdir. Elə bir situasiya yaranıb ki, Ərdoğan demək, Türkiyə demək anlamındadır. Özünün seçki kampaniyalarında bir dəfə də olsun Azərbaycandan, Dağlıq Qarabağdan danışmayan, türk dünyasına əhəmiyyət verməyən digər iddiaçılardan fərqli olaraq, T. Ərdoğan artıq bir azərbaycançı, türk dünyasına sipər olan, Alparslan Türkeşin dış türklər konsepsiyasını dövlət siyasətinə çevirən dəyərli öndərdir.
Türkiyədəki seçkiləri bizim üçün şərh edən qiymətli dostum, qardaşım Mehmet Mutlu düz təsbit edib. O, sandıqlar açılandan az sonra mənə yazdığı məktubunda qeyd edir: “Allah Türkiyəni qorudu, türkləri qorudu, müsəlmanları qorudu...’’
Bundan iki gün öncə qəzetimizə müsahibə verən Mehmet bəy Tayyib Ərdoğanın qalib olacağını, AKP-nin seçkiləri udacağını əminliklə demişdi (bax - http://musavat.com/mobile/news/qelebe-akp-nindir-mehmet-mutlu_535964.html ttp://musavat.com/news/qelebe-akp-nindir-mehmet-mutlu_535964.html).
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Mehmet Mutlu bəy Türkiyənin əski və yeni cümhurbaşkanı Tayyib Ərdoğanın doğma dayısı oğlu, qardaş ölkənin sayğın iş adamı, Azərbaycanı da çox sevən bir qardaşımızdır. Türkiyə Cocuk Oyunları Konfederasiyası başkanı kimi önəmli bir ictimai vəzifə də daşıyır - cocuqlara mutluluq bəxş etmək onun həyatının anlamıdır. Olduqca dürüst, açıq sözlü, düşündüyünü birbaşa deyəndir. Zaman-zaman söhbətlərimizdə AK Partini tənqid etdiyinin şahidi olmuşam. Tayib bəyə isə sonsuz inamı və sevgisi var.
Seçkilərə dair yolladığı kiçik şərh də onun bu dürüstlüyünün və tam dəqiq təsbitlərinin nəticəsidir.
Mehmet bəy mənə xitabən yazır: ‘’Raufcum, təxmin etdiyim kimi oldu, Cümhurbaşqanımızla bağlı heç bir narahatçılıq yaşamırdım. Prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın seçiləcəyi ilə bağlı tərəddüdüm yox idi. Yalnız AK Partiyanın səs itirəcəyi ilə bağlı narahatlığım var idi, o da özünü doğrultdu; namizədlərin qeydiyyatı ilə bağlı bəzi texniki xətalar baş vermişdi. Bəzi bölgələrdəki həssalığa diqqət etmədik, etnik qrupları nəzərə almadıq, təriqət liderləri ilə ciddi məsləhətləşmələr aparmadıq. Bir sıra hallarda, Cümhurbaşqanımızı da yanıltdılar. Bu səbəblərdən də AK Partiya olaraq millət vəkili sayımız azaldı. CHP və HDP-nin iş birliyi bəhərini HDP-nin xeyrinə verdi. Lakin Türkiyə Böyük Millət Məclisində AK Partiya və MHP ilə yola davam edəcəyik. Allah Türkiyəni, türkləri, müsəlmanları, İslam aləmini qorudu. Bu seçkinin sosioloji tərəfi daha böyükdür, bu səbəbdən böyük Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğandır. Şükürlər olsun ki, Allah bizləri sevir, qoruyur. Türkiyəyə, türk millətinə xeyirli, uğurlu olsun. Bu, sadə bir seçki deyildi, içəridəki tərəfdarları ilə birlikdə yaradılan xarici koalisiyanın Ərdoğanı devirmək, Türkiyəni müstəmləkə etmək planına qarşı mübarizə idi. Allahın köməyi, Prezident Ərdoğanın əzmi ilə seçkini qazandıq. Xeyirli, uğurlu olsun, bütün insanlığa".
Şərhinə əlavə olaraq da yazır: ‘’Azərbaycan da bir parçamızdır, onu özümüzdən ayrı düşünmürük, bu baxımdan, bu, həm də Azərbaycanın qələbəsidir’’.
Türkiyənin ən məlumatlı adamlarından birinin qısa şərhindəki məqamlara diqqət etdiniz, yəqin. Açıq şəkildə deyir ki, bu, sadə seçki deyildi, bir savaş idi. Ərdoğanı devirmək istəyən daxili və xarici güclərin oluşdurduğu koalisiyaya qarşı böyük mücadilə idi.
Mən bu dəyərləndirmə ilə tam razıyam. Türkiyəmizə xeyirli-uğurlu olsun. Özünü türk bilən, insan bilən, Türkiyəni sevən hər kəsi təbrik edirəm.
Türk xalqının seçimi kimdirsə, biz də onun yanındayıq.
27 Iyul 2024
22 Iyul 2024
31 May 2024
03 Mart 2024
26 Fevral 2024
25 Fevral 2024
21 Fevral 2024
09 Fevral 2024
27 Yanvar 2024
14 Yanvar 2024
10 Yanvar 2024
24 Dekabr 2023
27 Oktyabr 2023
23 Oktyabr 2023
17 Oktyabr 2023
28 Sentyabr 2023
19:54
Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər... - Rauf Arifoğlunun yazısı
13 Sentyabr 2023
05 Sentyabr 2023
30 Avqust 2023
21:10 Parisin meri Gorusa niyə gəldi? "Fransız əsilli ermənilər" Ağdam yolunu bağlada bilərmi? VİDEO
22 Iyul 2023
18 Iyun 2023
03 Aprel 2023
29 Mart 2023
16 Mart 2023
19 Fevral 2023
15 Fevral 2023
10 Noyabr 2022
09 Noyabr 2022
28 Oktyabr 2022
ŞƏRHLƏRŞƏRH YAZ