Onlayn ictimai-siyasi qəzet
Çoxdan təsdiq olunmuş, aksiomatik gerçəklikdir: terrorla təhdid zəiflərin, məğlubların, namərdlərin işidir.
Öz gücünə, iradəsinə, əzminə güvənən fərd, hərbi-siyasi qüvvə və ya dövlət heç vaxt düşmənini terrorla təhdid etməz.
Bir var, hansısa qüvvə susqun halda öz düşmənindən terror aktları ilə qisas almağı düşünə və planlaşdıra, amma bunu dilə gətirməyə, hətta aktı törədəndən sonra boynuna da almaya.
Bir də var, güc qarşısında qalıb əzildikdən sonra can hövlüylə, ağrı-acı içində qovrula-qovrula “bu işi belə qoymayacağına” dair and içə, hədə sovura.
İkinci akt təkcə zəifliyin, gücsüzlüyün əlaməti deyil, həm də acizliyin, çarəsizliyin göstəricisidir. Böyük ehtimalla onun hirs-hikkəsi bir az səngiyən kimi almaq istədiyi ağır qisasın nəticələrini hesablayacaq və yeni bir avatüraya girişməkdən vaz keçəcək. Burada hələ qisas alarkən uğurlu olub-olmamaq ehtimalı da var.
Ermənilərin, konkret olaraq rusiyalı iş adamı, özünü Qarabağ ermənilərinin pasibanı kimi aparmağa çalışan separatçı Ruben Vardanyanın Azərbaycanın dövlət başçısını və onun ailə üzvlərini terror aktı ilə hədələməsi yuxarıda dediyimiz variantların ikisinə də uyğun gəlir.
Vardanyan bu hədəni növbəti dəfə döyülən və gücü yalnız söyməyə, latayır püskürməyə çatan cığal yeniyetmə dəstiri ilə səsləndirib. Eyni zamanda onun kinlilikləri, hikkələri və qisasçılıqları ilə məşhur olan qövmün fərdi olduğunu da unutmaq olmaz.
Uduzandan sonra terror aktları ilə qisas almaq işində ermənilərin tarixi ənənəsi var. Ötən əsrin 20-ci illərində onlar Osmanlı dövlətinin, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi-siyasi xadimlərinə qarşı silsilə terror aktları həyata keçiriblər, bir xeyli adamı qətlə yetiriblər. (Bu barədə çox yazılıb deyə təkrara lüzum yoxdur). Ermənilər bu cinayətlərinin adını “Nemezis” qoyublar və bu gün də onunla fəxr edirlər, hətta ona abidə də qoyublar.
44 günlük müharibənin sonuna yaxın Xankəndidəki qondarma qurumun “parlamenti”nin rəhbərlərindən biri də “Nemezis” əməliyyatını xatırlatmış, Qarabağdakı səngərlərdə həlak olan, daha çox isə qaçıb aradan çıxan fərarilərin əvəzinə döyüşə “fədailər”in girməli olduğunu və Azərbaycanın hərbi-siyasi xadimlərindən tək-tək qisas almalarının vacibliyini bəyan etmişdi.
Bu xüsusda daha bir pis məqam var. Çox adama elə gələ bilər ki, ermənilərin indiki qisasçı ovqatı 44 günlük müharibənin möhnətli nəticələrinə görədir. Bu amilin rolu böyükdür, amma yada salaq ki, ermənilər 1994-cü ilin may ayında, onların hərbi üstünlüyü şəraitində imzalanan atəşkəs sazişindən sonra da Bakıda metroda, eləcə də Azərbaycana gələn avtobus və qatarlarda bir neçə çoxölümlü terror aktları törətmişdilər. Bəs bu nəyin qisasıydı? Həm “şanlı qələbə”dən dastanlar bağlayırdılar, həm də terrordan əl çəkmirdilər.
Demək, ermənilər üçün fərqi yoxdur, zəif olub uduzanda da, güclü olub qalib gələndə də, öz düşmənlərini sona qədər məhv etməyi düşünürlər.
Bu baxımdan Vardanyanın hədəsi gözardı ediləcək təhdid deyil.
Həm də hamı yüz faiz əmin olsun ki, həmin niyyətdə olan şəxs təkcə Vardanyan deyil, yüzlərlə, bəlkə də minlərlə başqa vartanlar da bu saat məhz terror yolu ilə qisas almağı düşünür.
Onlar uzun illər fürsət axtaracaqlar və əllərinə düşən girəvəni boş buraxmayacaqlar. Bunu hər kəsin bilməyi lazımdır.
Sabah iki dövlət və xalq arasında qalıcı sülh sazişi bağlansa da, gediş-gəliş, alver-ticarət, əski münasibət-ünsiyyət bərpa olunsa da, içində kin gəzdirən, fürsət axtaran ermənilər kifayət qədər olacaqlar və sakitcə gözləyəcəklər ki, görsünlər, harada nə pislik edə bilirlər.
Hazırda isə onların ötən əsrin 20-ci illərinin əvvəlində göstərdikləri “performansı” təkrarlamaq imkanları yoxdur. Düzdür, o vaxt olduğu kimi Avropa dövlətləri yenə də ermənilərə dəstək verir və erməni terrorçular xalqımızın övladlarına qarşı terakt törətsələr, onları məsuliyyətdən yayındıra bilərlər (bunu 100 il əvvəl ediblər), ancaq indi Azərbaycan dövləti və onun hüquq-mühafizə orqanları, diplomatik korpusları, kəşfiyyat strukturları var.
Ermənilərin əlində əlac olsa, Macarıstanda öz təhrikedici hərəkətlərinin, təhqir və intensiv sataşmalarının qurbanı olmuş Qurgen Markaryanın qisasını çoxdan alardılar. Ancaq məlum olduğu kimi, Azərbaycan dövləti bu məsələyə qeyrət-namus işi kimi yanaşdı, Ramil Səfərovu diqqətlə qorudu və qoruyur.
Ona görə də Vardanyan öz mənhus niyyətini həyata keçirə bilməyəcək, amma o artıq bu hədəni biçməklə cinayətə yol verib və cəzasız qoyula bilməz.
23 Noyabr 2024
21 Noyabr 2024
20 Noyabr 2024
19 Noyabr 2024
17 Noyabr 2024
15 Noyabr 2024
13 Noyabr 2024
12 Noyabr 2024
11 Noyabr 2024
09 Noyabr 2024
08 Noyabr 2024
06 Noyabr 2024
05 Noyabr 2024
03 Noyabr 2024
01 Noyabr 2024
30 Oktyabr 2024
28 Oktyabr 2024
26 Oktyabr 2024
24 Oktyabr 2024
22 Oktyabr 2024
21 Oktyabr 2024
19 Oktyabr 2024
17 Oktyabr 2024
16 Oktyabr 2024
15 Oktyabr 2024
13 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
08 Oktyabr 2024
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ