Onlayn ictimai-siyasi qəzet
Bu ölkəni və bu iqtidarı ancaq Bir Adam islah edə bilərdi. İnandıq, güvəndik, hər şeyə rəğmən xəttində olduq.
Bütün ümidləri doğrultdu. Qan tökmədən, can almadan, ölkəni və milləti sarsıtmadan, incə bir taktika ilə bütöv bir iqtidarı yenilədi, müqavimətləri və sabotajları dəf etdi, Azərbaycana şans verdi.
Müxalifət və vurulacağını öncədən bilən iqtidardakı sabotajçılar gizlicə birləşərək, küçələrə çıxdılar. Təzyiqlər, təhdidlər, təxribatlar...
Olmasın, ölkə yenilənməsin, çiləkənləmiş hökumət dəyişməsin, oliqarx məmurlar kresloları ilə birlikdə devrilməsin, istədilər. Lakin proses başlayıb, gedir və davam edəcək.
Bir Adam cəsurca, zəkicə ona düşən missiyanı həyata keçirməkdədir. Azərbaycanın önünü açır, gələcəyinə şans yaradır, dövlətin inşasını tamamlayır.
Başqa kimsə, xüsusən də oliqarxların parası ilə 14 il aralıqdan sonra küçəyə çıxıb, özünü döydürən, aralığı qatan Kikkidım bəy belə, bu cür nəticələr əldə edə bilməzdi.
Onlarınkı xaosdu, ekstrimdi, pafosdu, göz yaşları, acılardı...
Onların küçə tamaşalarında adətən, əsas rol özlərinin, kütləvi səhnələrsə, xalqın payına düşür. Xalq da artıq bu teatrda oynamaq istəmir!
Prezident İlham Əliyev isə mükəmməl tamaşa hazırlayan rejissor kimi milləti küçələrə yox, ekran başına, tamaşaçı kreslosuna - baxmağa və düşünməyə, yaşamağa, həm də bu göstəridən həzz almağa dəvət edir...
Ekran başında olanlardan biri də sizsiniz...
"Nə bir oldu", deyə, həzz almırsız, məgər?
Kimlərsə əllərini dizinə vurub, "bu da belə getdi", deyirsə, bunun acıdan və təəssüfdən doğmadığını hər kəs yaxşı bilir. Hamı məmnundu; ya da "hamı" sayıla biləcək qədər böyük çoxluq...
Prezident İlham Əliyev milli həmrəyliyi gərəkdirən böyük bir proses, missiya başlayıb.
"Ona dəstək olaq" çağrışına gərək qalmayıb: sadəcə, millətdən olaq, xalqımızın çıxarları və Gələcəyi ilə həmrəylik göstərək...
27 Iyul 2024
22 Iyul 2024
31 May 2024
03 Mart 2024
26 Fevral 2024
25 Fevral 2024
21 Fevral 2024
09 Fevral 2024
27 Yanvar 2024
14 Yanvar 2024
10 Yanvar 2024
24 Dekabr 2023
27 Oktyabr 2023
23 Oktyabr 2023
17 Oktyabr 2023
28 Sentyabr 2023
19:54
Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər... - Rauf Arifoğlunun yazısı
13 Sentyabr 2023
05 Sentyabr 2023
30 Avqust 2023
21:10 Parisin meri Gorusa niyə gəldi? "Fransız əsilli ermənilər" Ağdam yolunu bağlada bilərmi? VİDEO
22 Iyul 2023
18 Iyun 2023
03 Aprel 2023
29 Mart 2023
16 Mart 2023
19 Fevral 2023
15 Fevral 2023
10 Noyabr 2022
09 Noyabr 2022
28 Oktyabr 2022
ŞƏRHLƏRŞƏRH YAZ