İnsanlara hürriyət, millətlərə istiqlal!

QALA ARXAYINÇILIĞI, ŞƏHƏR TƏNBƏLLİYİ…

Biz ondan necə qurtulduq?

Yeni təqvim ilinin ilk ayının yarısını geridə qoymuşuq. Təqvim illərinin ilk aylarımı sürətli keçir yoxsa bu, mənə belə gəlir? - bilmirəm. Bilirəm, bizdən daha çox il qarşılsmış, aylar yola salmış böyüklər, ömrün hələ ilk ilini, ayını yaşayan körpələrimiz var. Şair necə deyir? -

“Bir adam yol gedir bizdən qabaqda,
Amma birisi də bizdən sonra var”…

Bizdən öncələrdən “Uzun, incə bir yolda” yürüyənlərə sayğılar yetirir, bizdən sonrakılara “qayım-qədəm”lər diləyirəm.

Böyüklü-kiçikli, cavan-cumrulu hamımız - bir ölkənin vətəndaşları olan biz azərbaycanlılar Yer üzünün dörd yanına yayılmış həmvətənlərimizlə (Azərbaycanın uğurunu öz uğuru, kədərini öz kədəri bilən qardaşlarımızla!) birgə yeni təqvim ilinə daha əzmlə başlamışıq. Əzmlə başlamaq nəyi ifadə edir yaxud öncəki illərin başlanması ilə bu ilin nə fərqi?

Ötən təqvim ilinin sonlarında Qarabağda ərazi bütünlüyümüzü, suverenliyimizi tam bərpa etməyimiz bizim bu ilə əzmlə başlamığımızı şərtləndirir. Yəni o əzmin, qürurun xumarında deyilik, şərəf və sorumluluğunun fərqindəyik. 2020-ci ildə Şuşada bayraq ucaldan Mübarək Əl - Dəmir Yumruq, Polad iradə, Cəsur Ürək və Dərin Dövlət Ağlının üzvi birliyi olmasaydı, bu gün elə Şuşadaca arxayınlaşa, tənbəlləşərdik…

Şuşanın qurtuluşu kimi fövqəladə böyük hadisədən sonra orada dayanıb-durmamaq özü bir mübarək araşdırma mövzusudur. Hərçənd, öz şanlı ordusu ilə Şuşaya bayraq sancmış Ali Baş Komandan adını zatən tarixin altun səhifəsinə pozulmaz şəkildə həkk etdirmişdi! - Buna baxmayaraq, o, həmin andan etibarən yeni hədəfləri elan etdi.

Bax, son üç ildəki böyük hadisələrin sirri Şuşada dayanıb-durmamaq qərarında, cəsarət və hünərindəydi!
Hədəf- insanı, toplumu, xalqı səfərbər edir.

Hədəfin vaxtı-vədəsi elə seçilməli, onunla elə uhulət-suhulətlə davranmalıdır ki, özümüz öz hədəfimizə yenik düşməyək; hədəf bizi dağa qaldırsın, dərələrdən sel kimi, təpələrdən yel kimi keçirsin! Və əyilməz, əbədi nidaya çevrilsin!

Bəli, 2024-cü ilədək, özəlliklə ötən təqvim ilində elə parlaq sonuclar əldə etdik, bunlar bizim məhz əzmimizi təcalla etdirmiş oldu.
2024-cü il o ildir ki, Xankəndi, Xocalı… bu ili müqəddəs bayrağımızla qarşıladı. Necə deyərlər, “o il bu ildir”!..

Bəlağətli cümlələrdən qaçınmağa çalışıram - amma könüldən gəldiyi üçün qüsur sayılmayacağına da inanıram: torpaqlarımız, şəhər-kəndlərimiz Azərbaycan bayrağının dalğalanmasından dinclik tapır, özünə gəlir, ruhlanır və dirçəlir…

Xankəndimizə ay-ulduzlu bayrağımız, bayrağımıza Xankəndi elə möhtəşəm yaraşır, elə möhtəşəm yaraşır - sanki bu şəhər bu bayraqçün, bu bayraq bu şəhərçün yaranıb!.. Bir bayraq ki, 105 il idi o şəhərin, bir şəhər ki 105 ildir o bayrağın özləmi içindəydi!.. Bəs belədirsə, 2024-cü ilə əzmlə başlamaq mübarək qədərimiz, açıq alnımıza ilahi yazı sayılmazmı?..

2024-cü ilə əzmlə başlamaq, nəhayət, onu ifadə edir ki, bu il bu ilə sığmayan yeni milli müjdələrlə başa çatmağı haqq edir. Tanrı necə haqdır!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

31 Mart 2025

29 Mart 2025

27 Mart 2025

20 Mart 2025

08 Mart 2025

06 Mart 2025

05 Mart 2025

01 Mart 2025

28 Fevral 2025

25 Fevral 2025

24 Fevral 2025

18 Fevral 2025

11 Yanvar 2025

10 Yanvar 2025

08 Yanvar 2025

05 Yanvar 2025

04 Yanvar 2025

03 Yanvar 2025

02 Yanvar 2025

01 Yanvar 2025

29 Dekabr 2024

27 Dekabr 2024

23 Dekabr 2024

22 Dekabr 2024

19 Dekabr 2024

16 Dekabr 2024

11 Dekabr 2024

25 Noyabr 2024

18 Noyabr 2024

12 Noyabr 2024