Onlayn ictimai-siyasi qəzet
Sürücüyə “qancıq oğlu qancıq” deyən, onu qapazlamağa çalışan və Nyutonun 3-cü qanununa (təsir əks-təsirə bərabərdir) əsasən bir təpiklə avtobusun açıq qapısından dığırlanan qadının vaqiəsinə bir neçə prizmadan baxmaq olar.
1.Feministlərin prizması: Qadın haqlıdır, o, sürücü kişiyə “cındır” da deyə bilər, “qancıq oğlu qancıq” da, hələ onu qapazlamaqda da haqlıdır. Bunun qarşısında kişinin ona təpik atması və onu səkiyə fırlatması qadın hüquqlarına ziddir, qadına qarşı şiddətdir və bu siyasi məsələdir, kişi hegemoniyasının əsəridir.
2. Patriarxal prizma: Kişi sürücü qadına təpik tutuzdurmaqda haqlıdır. Çünki heç bir qadın kişiyə “qancıq oğlu qancıq” və ya “cındır” deyə, başına qapaz vura, kişinin layaqətini alçalda bilməz. Kim belə edərsə, təpki almalı və təpik yeməlidir.
3. İnzibati xətalar məcəlləsinin prizması: Qadın iş başında olan, 30-40 sərnişinin həyatı üçün məsuliyyət daşıyan kişi sürücünü öz ruhi tarazlığından çıxarır, ictimai yerdə təhqiramiz ifadələr işlədərək yüngül xuliqanlıq edir və bununla ictimai asayişi pozur.
4. Cinayət Məcəlləsinin prizması: Kişi sürücü təhqirə və fiziki hücuma məruz qalsa da, təmkinini qorumaq və qanundankənar hərəkətlərə yol verməmək əvəzinə aşırı şiddət göstərir və bir təpiklə qadını aşırır, bununla da onun fiziki xəsarət almasına səbəb olur. Qadın səkiyə çırpılarkən aldığı ağır bədən xəsarətlərindən ölə də bilərdi, bu isə ehtiyatsızlıq nəticəsində ölümə qəsd müddəası üzrə tövsif oluna bilər:
5. Qədeşlər prizması: “Adə, tüpürüm o qazanca ki, adama “qancıq oğlu qancıq” deyəcək, başına çurbanlar kimi qapaz vuracaqlar. Mən olsam, onun nəslini stroya düzərdim”.
6.Məhəllə cayıllarının prizması: “Ala, Tofiyin mamasını nə günə qoydular, ala. Tofiy o şoferi tapıb çiləməsə, peysər olar”.
7. Humanist ziyalılar prizması: Nə olursa, olsun, kişi qadına əl, həmin situasiyada isə ayaq qaldırmamalı idi. Çünki kişi centlmen olmalıdır. Əsl kişi odur ki, fahişəni məlakə eləsin... nəysə, stop. (Hərçənd adama deyərlər, məlakə etmək üçün normal qadınlar azlıq edirmi, niyə mütləq fahişələri məlakə etmək lazımdır?).
Bəli, prizmalar çoxdur, baş verən olaya onların hansından baxsaq, düz-əməlli və ədalətli nəticəyə gələ bilməyəcəyik. Ən yaxşısı o olardı ki, belə hadisələr baş verməsin və biz, təxminən 2 milyon adam bu hadisəyə mənəvi-hüquqi-siyasi qiymət vermək zorunda qalmayaq.
Hansı mövqeni tutsaq da, mütləq olay iştirakçılarının özləri kimi, haqları da zədələnəcək.
Dünyanın hər yanında belədir. Məsələn, bir normal adam Norveçdə türmədə Anders Foq Breyvikin qulağının dibinə bir şapalaq ilişdirərək, “oğraş gədə, o 70 yeniyetmənin, yeddi yetkinin günahı nəydi ki, Utoyada hamısını bir-bir güllələdin” deyə sual versə, cavab almamış bütün Norveç ayağa qalxar ki, Andersin hüquqları pozulub, hökumət hara baxır. Bəlkə də nümayiş, mitinq keçirərlər.
Çünki insan haqları çox önəmlidir. O, 77 adamı güllələyib öldürsə də, təməl haqları var, onun qulağının dibinə şillə və ya gündəyməzinə təpik vurmaq olmaz. Bu hərəkət insan ləyaqətinin alçaldılması olar.
Bax, bildiyiniz kimi, ABŞ dünyanın ən kriminal ölkəsidir. Gəncəli qardaşların üstündə o qədər bıçaq yoxdur ki, ABŞ-da, demək olar ki, hamının belində tapança var və vaxtaşırı kafedə, restoranda, məktəbə atışma salıb xeyli adam öldürürlər. Amma polis o potensial qatillərin birini zərərsizlşdirərkən yerə yıxıb üzünü asfalta sürtsə, ertəsi gün millət ayağa qalxır ki, insan haqları pozuldu. Bəs yazıq polismen neyləsin, bu yaramazları belə etməyəndə gedib qırğın törədirlər axı.
Tez-tez olur ki, polis “saxla” əmrinə tabe olan, amma maşınından düşərkən əlini cibinə aparan birini güllələyir. Niyə? Çünki indiyəcən min dəfələrlə olub ki, maşınından düşən cani əlini cibinə aparıb və tapança çıxararaq polisləri güllələyib. Ona görə də ABŞ polisləri, bir növ, gözüqıpıq olublar.
Bizdə də yazıq avtobus sürücüləri ABŞ polisinin günündədir. Hər gün onlar xalaların “saxla” əmrinə tabe olmayanda söyülür, qarğanır (“səni görüm, evinə salamat getməyəsən”), bəzən də şillələnirlər. Ona görə də kimsə üstlərinə gələndə yazıqlar elə bilirlər ki, indicə vurulacaqlar, əsas instinktləri işə düşür və əllərindən xəta çıxır.
Biz də oturub özümüzü ədalət mücəssəməsi sayır və kimisə qınayırıq. Söyülən, döyülən sürücü atamız, qardaşımız olsa, “qadına əl qaldırmaq olmaz” deyərikmi, ya da əksinə, asfalta çırpılan qadın anamız, bacımız olsa, “ona bu da azdır” söyləyərikmi?
19 Sentyabr 2024
17 Sentyabr 2024
15 Sentyabr 2024
14 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
08 Sentyabr 2024
06 Sentyabr 2024
04 Sentyabr 2024
02 Sentyabr 2024
01 Sentyabr 2024
30 Avqust 2024
28 Avqust 2024
22 Avqust 2024
20 Avqust 2024
18 Avqust 2024
16 Avqust 2024
14 Avqust 2024
12 Avqust 2024
11 Avqust 2024
09 Avqust 2024
07 Avqust 2024
05 Avqust 2024
03 Avqust 2024
01 Avqust 2024
31 Iyul 2024
30 Iyul 2024
28 Iyul 2024
26 Iyul 2024
24 Iyul 2024
ŞƏRHLƏRŞƏRH YAZ