İnsanlara hürriyət, millətlərə istiqlal!

Prezident İlham Əliyevin Ankaradan verdiyi mesaj: BİRLƏŞMƏ HAQQIMIZ gündəmə gəldi

Prezident İlham Əliyev təşəbbüs göstərdi: Türk Dövlətləri Təşkilatının Ankarada fövqəladə toplantısı keçirildi!

Zəlzələ ilə sarsılan Türkiyəmizə Turan elləri bir daha yüksək həmrəylik və açıq dəstək nümayış etdirdi. Bu, həm də seçkilərə girən Prezident Ərdoğana açıq dəstək idi...

Dünyaya və nöqtə atışı ilə bir sıra yaramaz dövlətlərə də mesajlar verildi!

Prezident Əliyevin çıxışı və səsləndirdiyi ismarışlar isə məzmun və mahiyyətcə gerçəkdən möhtəşəm idi.

Həmin çıxışın kiçik bir hissəsini bu yazının müşayiəti ilə paylaşırıq. Bir özünüz də baxın, təhlil edin!

Bu kiçik parçadakı böyük ismarışlar yalnız İrana deyil, özümüzə də göndərişdir! Biz 50 milyonuq, biz böyüyük və biz Böyük Türk Dünyasının önəmli bir üzvüyük! Biz BİRLƏŞMƏ HAQQI olan bölünmüş millətlərdən biriyik! Vyetnam, Alman, Koreya xalqları kimi, bizim də Azərbaycan

Türkləri olaraq, birləşmə haqqımız vardır!

Bu haqq üçün savaşan milyonlarla soydaşımız, 50 milyon azərbaycanlının lideri olan qətiyyətli Prezidentimiz, yanımızda və dəstəyimizdə olan Türk Dövlətləri var! Həm də təkcə onlar deyil dəstəkçimiz: Əliyevin diplomatik zəkası hətta bir-biri ilə qarşıdurmada olan önəmli dövlətləri də Azərbaycana, onun qlobal layihələrinə, Türk Birliyi hədəfinə müttəfiq edib...

12f7b095-b904-4e06-a29b-8f499d4b172a.jpg (65 KB)

Bu iş olacaq! Bu iş olmasa, Turan da olmaz!

İlham Əliyev gerçəkləşməsi real və yaxında olmayan hər hansı meqa layihəyə qol qoymazdı; onu heç gündəmə də gətirməzdi!

Qarabağ dedi, Şuşa dedi, Zəfər dedi: bunları cəmi 44 günə etdi!

Türk Birliyi dedi, Naxçıvandan başlayan bir sürəci 12 il içərisində qardaşı Ədoğanla birlikdə Yeni Turana çevirdi! Bu gün Ankarada gövdə göstərisi yapan TDT bu iki liderin əsəridir! Bu gün bu iki qardaş lider gözlərimizin önündəcə bizlərin, bizdən ötəki nəsillərin 1000 illik xəyallarını gerçəkləşdirir, Turan qurur, Türk dünyasını birləşdirirlər!

Baş Buğların Ankara zirvəsindən görüntülər xəbər məkanını bəzəməkdədir...

...İlham Əliyevin bu mesajına diqqətlə baxın:

İran viran olacaq, 50 milyonluq Azərbaycan Türkləri bir dövlətdə və Turanda birləşəcək!

Az qaldı...

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022