Onlayn ictimai-siyasi qəzet
Obama bacarmamışdı, Makron da bacarmaz!
Makronun “İlham Əliyevə təzyiq edirəm” sözünü eşitmisiz (oxumusuz) yəqin. Çox gülünc səslənən bu qeyri-ciddi sözü BMT Təhlükəsizlik Şurasının daimi üzvü, NATO və AB-nin qurucu üzvü olan bir dövlətin başçısı deyib və əlbəttə, ayıb edib. Çünki o, malik olduğu mandatlar yaxud üzərinə götürdüyü beynəlxalq missiyalar etibarı ilə təzyiq edən yox, uhulət-suhulətlə davranan dövlət bsşçısı olmalıdır. Özü də kimə təzyiq edir? - İlham Əliyevəmi? - Makron bilməmiş deyil ki, Azərbaycan Prezidentinə təzyiq etmək mənasızdır və heç mümkünatı da yoxdur. İlham Əliyevin prinsipiallığı, siyasi iradəsi, qətiyyəti və dünyanın ən təcrübəli prezidentlərindən biri olması danılmaz faktdır. İlham Əliyev Heydər Əliyev ictimai-siyasi və dövlətçilik məktəbinin ən parlaq siması olub, əcdadın dövlətçilik ənənələrini dərindən bilən, gələcək nəslə aydın yol açan bir dövlət xadimidir. O, həmişə, Makron kimi növbəti seçkiləri yox, böyük gələcəyi düşünüb. O, Makrondan fərqli olaraq, dövlət-xalq birliyinə arxalanan liderdir. Fransada Makron dönəmində intensivliyi daha da artan milyonluq etirazlarını görürük, bilirik.
İndi Fransa siyasi rəhbərliyi görmək, bilmək məqamını qaçırmamalıdır:
Prezident Əliyevin müxtəlif beynəlxalq platformalarda, özəlliklə Qoşulmama Hərəkatında Fransaya qarşı yüksək intellekt, məntiq və faktlar əsasında səsləndirdiyi fikirləri əsla xəfifə almasınlar. Bəli, çox az ölkə, (BMT TŞ üzvü, NATO və AB-nin qurucu üzvü olan) “nüvə”li dövlətə qarşı publik şəkildə (beynəlxalq platformada!) bu cür açıq ittihamlar səsləndirə bilər. - Qoşulmama Hərəkatının bugünlərdə Bakı Konqres Mərkəzində keçirilən toplantısında nümayəndələr Azərbaycan Prezidentinin qətiyyətinə heyranlıqla şahid oldu. Özəlliklə də, uzun illərdir fransız imperializmindən əziyyət çəkən Afrika və Asiya ölkələri üçün Bakı artıq güvənc yerinə dönür. Təəssüflər olsun, keçmiş koloniya liderləri özləri ortaya belə cəsarətli mövqe qoya bilmir. Prezident Əliyevsə öz qətiyyətli mövqeyini yalnız Bakıda yox, Əlcəzairdə Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında, habelə başqa platformalarda da ortaya qoyub. - Makron heç vaxt Azərbaycan Prezidentinə təzyiq göstərə bilməz. - Qəlp qəlbindən keçirə bilər (belə bir təzyiqi) amma bacarmaz!
Makrondan öncə və Makrondan daha nüfuzlu, imkanlı liderlər tərəfindən də İlham Əliyevə təzyiq cəhdləri olub. – “Futbol diplomatiyası” və Türkiyə-Ermənistan sərhəddinin açılması yönündə Sürix Protokolları (10.10.2009) ilə bağlı ABŞ Prezidenti Barak Obamanın təzyilqəri nə nəticə verdi? - Heç nə! Azərbaycan o prosesə imkan vermədi! Sonra dünyanın dörd tərəfində şəbəkəsi olan milyarder Corc Soros tərəfindən müxtəlif təzyiq ssenariləri hazırlandı, “rəngli inqilab”a qərar verildi. Prezident Əliyev bu təzyiqləri də dəf etdi. Bəli, bütün bu və bənzəri bədəməl planların qarşısı qətiyyətlə alındı. Okeanın o tayındakı bir milyarderin bacarmadığını, Günəşin doğmadığı Quzeydə zühur edən “Milyarderlər İttifaqı” bir başqa cür həyata keçirmək istədi.
“Milyarderlər İttifaqı” da İlham Əliyevin sərt mövqeyi, qətiyyəti qarşısında dağıldı.
Bax, bu təzyiqlərin hər hansı biri nəticə versəydi, 27 sentyabr 2020-ci ildəki - bütün cəbhəboyu əks-hücum (tarixi) qərarı verilə biərdimi (yaxud başarılı olardımı)? - Sual budur! Təzyiq cəhdlərinin ümumi ortaq cəhəti - məqsədi o idi ki, Azərbaycanda qüdrətli dövlət və güclü Prezident olmasın, dövlət uzaq məsafədən yönəldilən hala gəlsin. Bilirdilər ki, İlham Əliyev Qarabağı azad edəcək. Bu, onun könlünün səsi, Prezident Andı və ata vəsiyyəti idi!
Beləliklə, Günbatardan, Gündoğardan və Quzeydən siyasi, hərbi, iqtisadi təzyiqlər, üstəlik, “5-ci kolonlar”ın səyləri sonuc vermədi!
Xalq öz dövlət başçısına, dövlət başçısı xalqına arxalandı. - İlham Əliyevin Ali Baş Komandanı olduğu şanlı ordu torpaqları azad etdi. 44 günlük müharibədə olduğu kimi, indiki təlatümlü bir dönəmdə - dövlətlərin üçüncü dünya müharibəsi astanasında olduğu vaxtda İlham Əliyev kimi güclü liderin olması Azərbaycanın şansıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI
18 Noyabr 2024
12 Noyabr 2024
08 Noyabr 2024
07 Noyabr 2024
28 Oktyabr 2024
25 Oktyabr 2024
20 Oktyabr 2024
18 Oktyabr 2024
15 Oktyabr 2024
09 Oktyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
20 Sentyabr 2024
16 Sentyabr 2024
31 Avqust 2024
26 Avqust 2024
25 Avqust 2024
20 Avqust 2024
16 Avqust 2024
08 Avqust 2024
02 Avqust 2024
30 Iyul 2024
28 Iyul 2024
21 Iyul 2024
18 Iyul 2024
13 Iyul 2024
12 Iyul 2024
08 Iyul 2024
05 Iyul 2024
26 Iyun 2024
ŞƏRHLƏRŞƏRH YAZ