İnsanlara hürriyət, millətlərə istiqlal!

Münxendə 20-ci il havası: hərbi əməliyyatlara qədər hər şeyi sülh naminə legitimləşdirdik!

Bu dəfə fərqli oldu. Münxen danışıqlarının mahiyyətini, gedişat sxemini ən operativ şəkildə, ən mötəbər mənbədən (Prezidentdən) aldıq, xalq olaraq hər şeyi izlədik. Əlbəttə, açıqlamayan mühüm məqamlar da var. Prezident İlham Əliyevin Ermənistanın mövqeyində müşahidə etdiyi və söylədiyi "proqres" nədir, nələri əhatə edir, ermənilər hansı tələbdən, şərtdən vaz keçiblər, yaxud Laçın yoluna Azərbaycanın gömrük və sərhəd postu qoymaq tələbinə Blinkenin timsalında ABŞ hökumətinin münasibəti, cavabı nə olub? Paşinyanla Vardanyan (onun özünə 1 saylı təhdid!) söhbəti edilibmi, edilibsə, bu mövzuda anlaşmaya varılıbmı? Bəs üçlü görüşdə Rusiya söhbəti edilibmi, Putindən danışılıbmı; Kremli Güney Qafqazdan çıxarmaq üçün səyləri birləşdirmək təklifi olunubmu? Bəs İran mövzusu?! Azərbaycanı açıq təhdid edən terror dövləti ilə, aqressiv mollakratiya ilə Ermənistanın qucaqlaşması, müttəfiqliyi dərinləşdirməsi bu formatda müzakirə olunubmu? Və sair və ilaxır...

WhatsApp Image 2023-02-19 at 12.50.45 (1).jpeg (107 KB)

Təbii ki, bu cür məsələlər açıq-aşkar söylənməz. Özəlliklə bizi Şimaldan və Cənubdan məngənə kimi sıxan iki qonşu dövlətlə bağlı detallar... Lakin açıqlana biləcək əsas məsələlər bu dəfə ən uyğun modeldə təqdim edildi: cəmiyyətin və medianın informasiya təminatı sürətli, effektli və birbaşa oldu! Öz efirlərimiz üzərindən, hətta (kəsintili də olsa) canlı yayın rejimində!

Daha erməni Telegram kanallarından və Paşinyanın yaxın ətrafının sosial media hesablarından almadıq ilk məlumatları. Bu, çox mühüm detaldır! Ermənilərə informasiya təxribatı imkanı vermədik! Bəllidir ki, onlar sahədə, döyüş meydanında uduzduqları üçün revanşı informasiya və diplomatiya müstəvilərində axtarırlar. İmkan tapan kimi provokativ əməliyyatlar icra edirlər. Bu dəfə istisna oldu: Prezident Əliyev özü nə zaman səhnədə olursa, infoməkana məlumat təminatını da keyfiyyətli və operativ həll edir...

Görüş isə birmənalı Azərbaycanın xeyrinə oldu. Hər şey açıq və qətiyyətli şəkildə məğlub Paşinyanın və dünya mediasının üzünə deyildi!

Azərbaycan Güney Qafqazda mövqeyindən bir addım da çəkilmir, güzəşt etmir. Avropa platformasında isə mövqelərini Münxen Təhlükəsizlik Konfransı ilə daha da möhkəmləndirdi! Bu platforma sanki bizə düşərlidir! Eynilə 2020-ci ilin 15 fevralına təsadüf edən Münxen Konfransı kimi: düşmən Paşinyanın timsalında əzildi, haqlı mövqelərimiz dünyaya birbaşa və təsirli şəkildə bəyan edildi, hakim durumda olan erməni dostu qlobal güclər yaxşı ifadə olunan mötəbər faktların, haqlı mövqenin qarşısında tərk-silah edildi.

Bundan sonrası aydındır: dönüb qalıcı sülh naminə hərbi rıçaqları da işə salmaq olar!

Əgər Ermənistan bundan sonra da təxribat və destruktivliyini davam etdirsə, regionda qlobal müharibələrin bazası kimi qalsa, İranla birlikdə Azərbaycana təhdid yaratmaq təşəbbüslərini artırsa... Yəni Münxen Konfransı Azərbaycana bundan sonra nə etsə, qalıcı sülhü təmin etmək üçün hansı varianta əl atsa, ona legitimlik yaratdı!

Eynilə üç il öncə olduğu kimi: 2020-ci ilin 15 fevral tarixli Münxen Konfransında Paşinyanın "Kokeyşn Büro"sundan Vətən Müharibəsinə dəvətnamə çıxdı... Bizə isə müjdə...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022