İnsanlara hürriyət, millətlərə istiqlal!

"Milyarder Vardanyanı Paşinyanın yerinə hazırlayırlar!" - Rauf Arifoğlu "Xankəndi şifrəsi"ni belə açdı

Putinin Xankəndi əməliyyatının şifrəsi əslində çox sadədir!

"Broker lider" modeli ilə (Gürcüstanda Saakaşvilini yıxan İvanaşvili modeli) Rusiya milyarderi Vardanyan öncə Xankəndini nəzarətə görürür, əsas gücə çevrilir...

Rəsmi Bakı ilə də icma (rejim) adından o muhattab olur...

Daha sonra isə, bəlkə də ən qısa zamanda İrəvan hökumətinin başına keçirilir...

Qarabağdakı rejimin başında olanların daha sonra İrəvanın başına keçməsinə dair iki parlaq nümunə var: Köçəryan və Sərkisyan...

Onlar da (Qarabağ klanı) bu layihəyə dəstək verəcəklər, hətta verirlər...

Bu baxından, milyarder Vardanyanın Xankəndi mitinqinə bir az fərqli rakursdan baxmaq lazımdır.

O aksiya heç şübhəsiz, bir güc göstərisi idi, həm də provokasiyaydı. Lakin bu gücün nümayişi yalnız Azərbaycana qarşı deyil, daha çox İrəvan hökumətinə, Paşinyana qarşı idi. Azərbaycan Xankəndinə yığılan ermənilərdən dəfələrlə böyük gücü darmadağın edib, Ermənistan silahlı qüvvələrini bitirib, onları işğal etdikləri torpaqlardan it kimi qovub.

Bu baxımdan, 5-10 min dinc sakinin bir meydana toplanması Bakıya vız gələr. Görünən budur ki, Putinin Qarabağdakı brokeri Vardanyanın tapşırığı iki vektorludur. Və əsas vektorun da istiqaməti ...İrəvandır. Xankəndində nəinki Vardanyanın, heç Putinin də gələcəyi yoxdur. Xankəndində yad planların ömrü uzun sürməz!

Lakin Rusiyanın Ermənistan planları uzun vədəlidir. Və çar Putin Ermənistanı Qərbə doğru aparan Paşinyan hakimiyyətini yaxın gələcəkdə içəridən bitirməyi planlayır. Əks halda, Ermənistan da Ukrayna ssenarisində olduğu kimi, qarşıdakı illərdə Rusiyanın nəzarətindən çıxacaq.

Tv Musavatın "Canlı Debat" verilişində bu barədə də danışdıq. Dedik ki, Vardanyanın ilk öncə Xankəndində, daha sonra isə İrəvanda iqtidara gətirmək planına start verilib.

Verilişdən həmin parçanı təqdim edirəm.

Rauf Arifoğlu, Musavat.com

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

27 Iyul 2024

22 Iyul 2024

31 May 2024

03 Mart 2024

26 Fevral 2024

25 Fevral 2024

21 Fevral 2024

09 Fevral 2024

27 Yanvar 2024

14 Yanvar 2024

10 Yanvar 2024

24 Dekabr 2023

27 Oktyabr 2023

23 Oktyabr 2023

17 Oktyabr 2023

28 Sentyabr 2023

13 Sentyabr 2023

05 Sentyabr 2023

30 Avqust 2023

22 Iyul 2023

18 Iyun 2023

03 Aprel 2023

29 Mart 2023

16 Mart 2023

19 Fevral 2023

15 Fevral 2023

10 Noyabr 2022

09 Noyabr 2022

28 Oktyabr 2022