Onlayn ictimai-siyasi qəzet
***
Mənsə bu 44 rəqəmini sadə bir səbəbdən yazmışam oraya. Ömrümün ölçüsünü qoymuşam gözümün qabağına; hər gün baxıram; baxdıqca da təəccüblənirəm. Bu qədər çox yaşadıq ya... Hansı ki, bu yola, savaşa girərkən 30-u belə keçməyəcəyimizə əmindik. Silahdaşlarımızdan bir çoxu da belə oldu; - Allah övladlarımıza göstərməsin; - həyatdakı dostlardan daha çox ölkənin hər bölgəsindəki şəhidliklərdə dostlarımız yatır...
***
Yaşımız 30-dan aşağı,
Göz yaşımızı
özümüzdən əvvəl şəhid etdik bu yolda...
***
Şəhid dostum Tahir Məmmədova həsr olunmuş yazımdan bir alıntıdı bu - yadımda qalanı elə budu; 16 il əvvəl yazmışdım . Tahir 1993-ün iyununda Gəncədə, dövlətçilik uğrunda şəhid olarkən 26-sındaydı. Prezident Qvardiyasının komandanı, cəbhəçi, döyüşçü...
***
Hər dəfəsində “Allah bizə də nəsib eyləsin”, deyərək, gəncəcik şəhid dostlarımızı torpağımıza əmanət eləyib, yolumuzla yürüdük . Onlar o yaşda qaldılar - yaşları 30-dan aşağı... Biz yaşlandıq, savaş illərində şəhid olan bir çox dostlarımızın, yaşıdlarımızın ataları yerinə gəldik... Atəşkəsdi, bayrağımız iqtidar binalarında dalğalanır; amma hələ heç kəsdə bir qəti əminlik yoxdu ki, savaş bitib, mübarizə yekunlaşıb, qələbə əldə olunub, hər şey yaxşıdı...
***
Hər şey o qədər pisdi ki, adam bütün yaxşıların o illərdə şəhid olmadığına şükür oxuyur. Erməninin-rusun önündə duranlar qədər, bəlkə də daha çox, bu ölkədəki pislərin önündə duranlar lazımmış. Məmləkətdə durum elədir ki, doğrunu yazan bir qəzeti qoruyub-saxlamaq, doğrunu təmsil etmək, sözünü demək , barışmamaq, etiraz etmək; sadə dillə desək, çörəyini haqdan yemək şəhidlik qədər önəmli olub, mühümdü, ehtiyacdı...
***
Qənimət Zahid sözün şəhididi; onu da savaşda vurublar; sadəcə torpağa yox, türməyə düşüb. Bu vətənə ömrünü tam fəda edə bilməyib; qismətində cəmisi bir neçə ilini vermək varmış...
***
Az maraqlı deyil - biz də yaşadıq. O zamanlar ünvanımıza qəzetlər “liderlər” deyə xitab edirdilər. Bizsə 13 ayımızı “Ölüm korpusu” deyilən gerçək bir zindanda keçirdik. Azərbaycanın ən dəyərli övladlarını, gerçək liderlərini, milli dəyərlərini bolşevik ruslar məhz həmin korpusda məhv eləmişdilər. Oraya bircə giriş vardı - sonra oradakı “xalq düşmənlərini” elə həmin korpusun ən sonuncu otağındaca güllələyir, meyitini isə arxa qapıdan çıxararaq, sahibsiz məzarlıqda basdırırdılar.
Əllərində əlac olsaydı, bizi də bu cür itirərdilər. Son 17 ilə yaxın müddətdə nə qədər dəyərli insanlarımız məhbəslərdən keçdilər... Lakin irtica bu dəfə bolşeviklərin zamanında olduğu qədər güclü deyil. İndi dünya başqadı - bir doğrunu, bir söz adamını, bir demokratiya mücahidini zindanda saxlamaq mövcud iqtidar(lar)a baha başa gəlir. Hesab soranları çoxalıb dünyanın - nə yaxşı ki... Və bu səbəbdən də indi şəhidlər gerçəkdən də ölmürlər - onları tam öldürəmmirlər, torpağa basdırammırlar. Sadəcə türmələrə basıb, həyatının bir neçə ilinə və doğmalarının göz yaşlarına bais olurlar.
***
Məhbəs yalnız güclü adama, doğru olana, cəsur olana şöhrət gətirər; adını böyüdər, ona olan sevgini və hörməti artırar. Belələrinə həbsxana ilə cəza vermək qeyri - mümkündür. Güclü və doğru üçün həbsxana da Allahın mükafatıdır, dərindən düşünəndə...
***
Qəniməti, Eynullanı həbsdə tutub, cəzalandırmaq qeyri mümkündü. Onları həbsdə tutduqları qədər də, Onlar böyüyəcək, seviləcək, örnək olacaqlar...
***
Bu gün onun doğum günüdü - Qənimətin. Qutlu olsun. 45-incidən başlayaraq, ad günlərini məhbəsdə keçirir. 47-incisi bitir. Daha bir ilini də vətənə, sözə, “Azadlıq”a şəhid verib, çıxasıdı - Allah qapısını açsın.
Buralarda adam kimi adama çox ehtiyac var.
27 Iyul 2024
22 Iyul 2024
31 May 2024
03 Mart 2024
26 Fevral 2024
25 Fevral 2024
21 Fevral 2024
09 Fevral 2024
27 Yanvar 2024
14 Yanvar 2024
10 Yanvar 2024
24 Dekabr 2023
27 Oktyabr 2023
23 Oktyabr 2023
17 Oktyabr 2023
28 Sentyabr 2023
19:54
Tarix yazdıq, tarix yaratdıq - adına indi ‘’status-kvo’’ deyirlər... - Rauf Arifoğlunun yazısı
13 Sentyabr 2023
05 Sentyabr 2023
30 Avqust 2023
21:10 Parisin meri Gorusa niyə gəldi? "Fransız əsilli ermənilər" Ağdam yolunu bağlada bilərmi? VİDEO
22 Iyul 2023
18 Iyun 2023
03 Aprel 2023
29 Mart 2023
16 Mart 2023
19 Fevral 2023
15 Fevral 2023
10 Noyabr 2022
09 Noyabr 2022
28 Oktyabr 2022
ŞƏRHLƏRŞƏRH YAZ